Zeytun Budagi Emeliyyati - Wikipedia
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat.[26][27] Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir.[28] İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır.[15][29]
Zeytun budağı əməliyyatı | |||
---|---|---|---|
Suriyada vətəndaş müharibəsi | |||
Tarix | 19 yanvar 2018 – 24 mart 2018 | ||
Yeri | Əfrin, Hələb mühafəzəsi | ||
Səbəbi | YPG tərəfindən Əfrin və ətraf ərazilərdə kütləviliyin artırılması | ||
Nəticəsi |
Türkiyənin qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktəSuriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi.[30] Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı. Bundan əlavə, Əfrin və Kobani bölgələri arasındakı ərazidə bufer zonası yaradıldı ki, bu da PYD/YPG-nin Suriyanın şimalında Türkiyə sərhədi boyunca uzanan dəhliz yaratmaq istəyinə mane oldu.
Türkiyə hökuməti PKK-nın Suriya qanadı olaraq gördüyü və "terror təşkilatı" olaraq adlandırdığı PYD və YPG-yə qarşı əməliyyat hazırlıqlarını 2017-ci ilin əvvəlindən etibarən başlatmışdı. Bununla birlikdə, başda Prezident Rəcəb Tayyib Ərdoğan daxil olmaqla yüksək çinli dövlət məmurları öz çıxışlarında tez-tez Şimali Suriyada əməliyyatın başlama ehtimalı haqqında danışırdılar.[31] Kanton ərazisinə qoşun yeridilməsi yalnız iki əsas səbəbdən Ankaranın prioritet məqsəd kimi görülürdü. Birincisi, YPG-yə hərbi-texniki dəstək imkanı aradan qaldırılır, ikincisi "Azad Suriya Ordusu"nun nəzarətində olan əraziləri artırmaqla onların Azazda olan mötədil müxalifətlə birləşdirilməsi mümkün olurdu. Bu məqsədlərin həyata keçirilməsində Türkiyə üçün tək maneə Afrin idi.[32]
Əməliyyata başlamazdan bir müddət əvvəl Rusiyanın Əfrinin hökumət qüvvələrinə təslim edilməsi və bölgənin ortaq qorunması mövzusunda YPG rəhbərliyi ilə görüşdüyü, lakin bu təklifin YPG tərəfindən qəbul edilmədiyi iddia edildi.[33] Bu məsələ ilə əlaqədar olaraq Suriya hökuməti nümayəndələri ilə də görüşmələrin olduğu və bu danışıqlarda Menaq aviabazasının və bölgədəki bəzi nəzarət məntəqələrinin təhvil verilməsi məsələsində müsbət fikirlərin olmasına baxmayaraq, bütün Əfrinin təhvil verilməyəcəyinin məlum olmasından sonra danışıqların nəticəsiz qaldığı iddia edildi. İraq və Suriyada "Inherent Resolve" əməliyyat qərargahının nümayəndəsi, ABŞ ordusunun polkovniki Rayan Dillon bəyan edib ki, TSQ-nın əməliyyat aparacağı bölgə koalisiyanın cavabdehlik ərazisinə daxil deyil.[32]
19 yanvar 2018-ci ildə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi YPG/PYD tərəfindən Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarət etdiyi Əzazdə yerləşən mülki xəstəxanaya minaatanlar vasitəsilə edilən hücum nəticəsində bir mülki vətəndaşın həlak olduğu, 13 nəfərin isə yaralandığını bildirdi.[34] Suriya Demokratik Qüvvələri sözçüsü isə bu xəbərlərin yalan olduğunu açıqladı.
Əməliyyatın başlamasına bir neçə gün qalmış Türkiyə və Azad Suriya Ordusu bölmələri Əfrin yaxınlığından keçən Türkiyə-Suriya sərhədi istiqamətində YPG silahlılarının olduğu mövqelərə artilleriya zərbələri endirmişdir. YPG qüvvələri isə buna cavab olaraq ASO-nun nəzarətində olan Əzaz qəsəbəsini bombalamışdır.[35][36] 19 yanvar tarixində Türkiyəyə məxsus Anadolu Agentliyi Əfrin ərazisində yerləşən rusiyalı hərbi müşahidəçilərin buranı tərk etdiyini bildirmişdir.[37]
Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Fərat Qalxanı əməliyyatına qatılan müxtəlif üsyançı qruplar əməliyyat başlamazdan əvvəl avtobuslarla Öncüpınarda yerləşən sərhəd keçid məntəqəsindən Suriya tərəfə daşındı.[38]
21 yanvar tarixində növbəti çıxışlarından birində Ərdoğan Türkiyə ərazisində bu əməliyyata qarşı hər hansısa etirazın "ağır bədəli" olacağını bildirdi.[39]
Əməliyyat
redaktəTürk hökuməti 2018-ci ilin 19 yanvar tarixində hücum əmrini verildiyini rəsmən elan etmişdir. Müdafiə Naziri Nürəddin Canikli, əməliyyat, əslində sərhəd hüdudlarında yerləşən terror yuvalarının bomalanması ilə qeyri-rəsmi formada başlamışdır- fikirini səsləndirmişdir.[40] Əməliyyatın ilk saatlarında Suriya sərhəddinin keçilməsi halı baş verməmişdir. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın şimalında yerləşən və Türkiyə üçün təhdid təşkil etməkdə olan hədəflərə doğru müntəzəm atəşlər açmağa başlayıblar.[41]
Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatlarına əsasən psixoloji dispanserə gətirlənə 14 nəfər şəxs Suriya Demokratik Qüvvələrinin açdığı atəşlər nəticəsində yaralanmışdır.[42] PYD tərəfdarlığı ilə bilinən Havar Xəbər Agentliyinin verdiyi məlumata görə PYD və YPG döyüşçüləri tərəfindən Şhabba bölgəsində Türkiyə və Azad Suriya Ordusuna mənsub olduqları iddia edilən dörd nəfər ödürülmüş, 5 nəfər isə müxtəlif dərəcəli yaralarla xilas olmağı bacarmışdır.[43]
Xəbər agentliyi verdiyi bir digər məlumatda Türkiyə tərəfinin havadan gerçəkləşdirdiyi bombardımanlar nəticəsində dinc insanlarında zərər gördüyünü iddia etmişdir. Türkiyə hökumətini verdiyi rəsmi bəyanətda əməliyyatın ilk günündə 150-dən çox terror hədəfinin məhv edildiyi, hədəflər vurulan zaman ərazidə və yaxın bölgələrdə yaşayan dinc insanların zərər görməməsi üçün, maksimum dərəcədə həssaslıq göstərildiyi açıqlanmışdır.[44][45]
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah idarəsindən verilən rəsmi açıqlamada sərhəd bölgələrində təhlükəsizlik və sülhün təmin olunması üçün PYD, PKK, YPG və İraq Şam İslam Dövləti kimi terror təşkilatlarının aradan qaldırılmalı olduğu qeyd edilmişdir.[46] Yanvarın 21-də, F- 16C qırıcılarının, 227-mm YARS və "Fırtına" ÖAQ-dan uzun artilleriya atəşlərindən sonra, TSQ quru əməliyyatına, yəni əməliyyatın ikinci mərhələsinə başladığını elan etdi. Bu mərhələdə TSQ saat 11:05 radələrində Azad Suriya Ordusunun bölmələri ilə bərabər, zirehli texnikaların dəstəyi ilə sərhəd xəttini keçdi. Günorta saatlarında Türkiyə xüsusi təyinatlılarının Şankal yaşayış məntəqəsini ələ keçidikləri barədə məlumat yayıldı.[32]
Məlumatlara əsasən türk ordusu Suriyanın şimalından etibarən ölkənin 5 km (3.1 mil) dərinliklərinə daxil olmuş və bölgədə yerləşmişdir. Sözügedən xəbər mərkəzi Londonda yerləşən SOHR xəbər agentliyi tərəfindən də təsdiq olunmuşdur.[47] Bölgədə yerləşən və PYD-YPG nəzarətində olan bir çox kənd Azad Suriya Ordusunun nəzarəti altına keçib.[48]
22 yanvar 2018-ci il tarixində türk qoşunları 7 kəndi YPG-dən azad etdiyini açıqlasa da, qarşı tərəf cəbhə xəttində döyüşlərin davam etdiyini bildirdi.[49] Yeni ələ keçirilmiş ərazilərə strateji əhəmiyyətli Burseya dağı da daxil idi.[50] Elə həmin gün türk ordusu ilk şəhid xəbərini açıqladı.[51] Əməliyyatın artıq üçüncü günündə türk qoşunları Suriya ərazisinin 7.5 km dərinliklərinə daxil olmuşdu.[52]
26 yanvar 2018-ci ildə YPG tərəfindən jurnalistlərin olduğu bölgəyə atəş açıldı.[53] Yenə eyni gün YPG rəhbərliyi Suriya Ordusuna çağırış etdi və Əfrinin qorunması üçün Suriya Ordusunun Türkiyə sərhədlərinə yerləşdirilməsinin vacib olduğunu bildirdi.[54]
27 yanvar tarixində Türkiyə Silahlı Qüvvələri YPG-yə məxsus 42 hədəfi məhv etdi. Türklərin dəstəklədiyi ASO qoşunları Bekki yaşayış məntəqəsini ələ keçirdikdən sonra YPG qoşunlarının geri çəkilməyə başladığı və çəkilərkən də tələlər qurduqları iddia edildi. TSQ əməliyyatın səkkizinci günündə YPG-yə aid ümumi 340 hədəfin məhv edildiyini açıqladı. Elə həmin gün baş vermiş münaqişələrdə iki nəfər türk əsgəri həlak oldu. 28 yanvar tarixində strateji əhəmiyyətli Burseya dağı tamamilə Türkiyə və Azad Suriya Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ərzində YPG-nin qadın qolu olan YPJ-nin bir üzvü türk əsgərlərinin olduğu bölgədə intihar hücumu həyata keçirdiyi bildirildi.[55]
29 yanvar 2018-ci il tarixində TSQ və ASO tərəfindən Ömər Uşağı bölgəsi və Burseya dağının cənubunda yerləşən Kastel Cundo kəndi ələ keçirildi.[56] Bu bölgələrə YPG-nin diversiya hücumu həyata keçirdiyi və türk artilleriyası tərəfindən bu hücumun qarşısının alındığı iddia edildi. Türkiyə Silahlı Qüvvələri Əfrinin mərkəzinə 13 km məsafədə yaxınlaşdı. 30 yanvarda TSQ Əfrinə havadan türk, kürd və ərəb dillərində bildiriş atdı. Bildirişlərdə xalqdan bölgədə yerləşən qruplaşmalara qarşı mübarizə aparmaları istənildi.[57]
Nəticə
redaktəƏməliyyat nəticəsində Afrin şəhəri ilə bərabər 6 rayon və qəsəbə, 282 kənd, 23 strateji yüksəklik, 1 su anbarı, 1 hava limanı və 1 hərbi baza, ümumilikdə 2000 km² ərazi nəzarət altına alındı. 2018-ci ilin martın 24-də başa çatan əməliyyat müddətində 4608 nəfər YPG/PYD üzvü məhv edildi. 320 nəfər Azad Suriya Ordusunun, 54 nəfər isə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti əməliyyatda şəhid oldu. Bu əməliyyat nəticəsində Afrin və onun ətrafında təhlükəsiz yaşayış təmin olundu. Hazırda bölgədə 350 min nəfər yaşayır. Zeytun Budağı əməliyyatı başa çatandan sonra TSQ Suriya ərazilərini tərk edib idarəetməni yerli əhalinin ixtiyarına verdi.[58]
Reaksiya
redaktə- Azərbaycan — terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir. bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Əfrin bölgəsində həyata keçirdiyi Zeytun budağı əməliyyatına münasibət bildirərkən söyləyib.[59]
- Avropa İttifaqı — Təşkilatın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Mogerini hadisələrin inkişaf tendensiyasından son dərəcə narahat olduğunu və Türkiyədəki səlahiyyətli şəxslərlə danışıqlar aparacağını ifadə etdi. O, həmçinin Əfrin əməliyyatının Suriyadakı sülh danışıqlarına zərər verə biləcəyini vurğulayıb.[60]
- Almaniya — Xarici İşlər Nazirliyinin sözçüsü Rainer Breul "Suriya sərhədlərinin Türkiyə üçün önəmli olduğunu, yenə də türk hökümətinin bu məsələdə son dərəcədə həssas davranacaqlarına ümid etdiklərini" bildirib.[61]
- ABŞ — Pentaqon sözçüsü mayor Adrian Rankin-Qallovey Türkiyənin PKK ilə bağlı qayğılarını başa düşdüklərini və ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Əfrində davam edən əməliyyatının olmadığını açıqladı.[62]
- Fransa — Xarici İşlər naziri Jan-İv Le Drian Əfrinə quru əməliyyatının başlamasından bir neçə saat sonra BMT Təhlükəsizlik Şurası üçün təcili görüşmə çağırışı etdi.[63]
- Niderland — Xarici İşlər naziri Halbe Ziylstra Türkiyənin özünü və sərhədlərini müdafiə haqqına sahib olduğunu, lakin əməliyyatın dayandırılmasının vacib olduğunu bildirdi. Bununla belə, Hollandiya Parlamentinə verdiyi məktubda Əfrindəki əməliyyat nəticəsində hücuma məruz qalan YPG və kürd qüvvələrinin İŞİD-ə qarşı beynəlxalq koalisiya ilə birlikdə döyüşməsi səbəbilə İŞİD-ə qarşı ortaq mübarizənin bundan təsirlənə biləcəyini açıqladı.[64]
- Böyük Britaniya — Xarici İşlər naziri Boris Conson Türkiyənin sərhədlərini nəzarətdə saxlamaq istəməsində haqlı olduğunu bildirərək, İngiltərə və Türkiyənin ortaq məqsədinin Bəşər Əsəd rejiminin sonlanması və bölgədəki siyasi gedişatı nizamlamaq olduğunu açıqladı.[65]
- İran — Xarici İşlər Nazirliyi sözçüsü "İran Türkiyə və Suriya sərhəd bölgələrindəki böhranın dərinləşməsinin qarşısını almaq üçün bu əməliyyatın dərhal dayandırılmasını istəyir. Əfrindəki böhranın davam etməsi Suriyanın şimalındakı terrorçu qruplaşmaları artıra bilər" açıqlaması verib.[66]
- Misir — Xarici İşlər Nazirliyi Türkiyənin Əfrin bölgəsində hərbi əməliyyat keçirməsini qınadı və bunun Suriyanın suverenliyinə ciddi bir təhdid yaratdığını bildirib.[67]
- Rusiya — Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Suriyanın Əfrin bölgəsindəki hazırkı vəziyyəti yaxından izlədiyini və Türkiyənin şəhərdə hərbi əməliyyata başlaması xəbərlərini narahatlıqla qarşıladığını bildirib. Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında Əfrində yerləşən rus qoşunlarının Türkiyə Ordusu tərəfindən hədəfə çevrilməməsi məqsədilə buranı tərk etdiyini bildirib.[68]
- Suriya — Xarici İşlər nazirinin köməkçisi Feysəl Miqdad əməliyyatdan iki gün əvvəl "Türkiyədən Əfrin istiqamətində hər hansı əməliyyat baş tutacağı halda bunun hücum cəhdi olaraq dəyərləndiriləcəyini və Türkiyəyə məxsus döyüş təyyarələrinin istənilən hücum cəhdində Suriya Hava Hücumundan Müdafiə Qoşunlarının bu təyyarələri vurmağa hazır olacağını" açıqladı. Əməliyyat başladıqdan sonra Suriya hökuməti "Suriya Ərəb Respublikası Türkiyənin Suriya torpaqlarının bir hissəsi olan Əfrinə təşkil etdiyi hücumu qınayır. Türkiyənin bu hərəkətləri Suriyanın suverenliyinə hücumun bir başqa addımıdır." açıqlaması edib.[69]
İstinadlar
redaktə- ↑ "Breaking: Turkish Army, rebels capture first town in northwest Afrin". Al-Masdar News. 21 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
"Turkish forces claim two more towns captured in northern Aleppo". Al-Masdar News. 22 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
Video footage from northern Aleppo shows Turkish-backed rebels inside key town Arxivləşdirilib 2018-01-22 at the Wayback Machine - ↑ "Afrin'de son dakika... 9 köy terör örgütünden alındı". Hürriyet Daily News. 21 January 2018. 2 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- ↑ "Turkish army, FSA clear 7 more areas in NW Syria". Anadolu Agency. 3 mart 2018. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-04.
- ↑ "Turkish army, FSA liberate another village in northwestern Syria". Anadolu Agency. 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2018.
- ↑ "Syria war: Turkey-backed forces oust Kurds from heart of Afrin". BBC. 2018-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2018.
- ↑ sitesi, milliyet.com.tr Türkiye'nin lider haber. "Son dakika: Afrin harekatını Korgeneral İsmail Metin Temel yönetecek!". Milliyet.com.tr. 11 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018. (#apostrophe_markup)
- ↑ 1 2 "Who Are the Pro-Turkey Rebels Advancing on Syria's Afrin". Naharnet. 22 January 2018. 2 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "Commander of "Jaysh al-Thuwar": We fight cowardice to the side, do not believe the false news". Hawar News Agency. 21 January 2018. 22 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "Fotoğraflarla Zeytin Dalı Harekatı". 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- ↑ "BASIN AÇIKLAMASI". 2018-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "T-155 Fırtına Obüsleri nedir? - Akşam". aksam.com.tr (türkcə). 2018-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2018.
- ↑ "Turkish jets bombard Kurdish-run city of Afrin in Syria". 20 yanvar 2018. 2018-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- ↑ "مصدر في غرفة عمليات "عفرين" يوضح لنداء سوريا حجم مشاركة "الجيش الوطني" ودوره في المعركة". Nedaa-sy.com. 19 January 2018. 23 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- ↑ "FSA Commander Says 25,000 Syrian Rebels Back Turkish Force in Syria". usnews.com. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ 1 2 "Erdogan: Operation in Syria's Afrin has begun". Al Jazeera. 21 January 2018. 6 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "AFRIN UNDER SIEGE: TURKEY PREPARES TO CRUSH KURDISH ENCLAVE". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-18.
- ↑ 1 2 [1] Arxivləşdirilib 2018-03-18 at the Wayback Machine Zeytin Dalı Harekatı'nda bu gün (18 Mart 2018)
- ↑ "بالتزامن مع تعامي المجتمع الدولي عن مأساتهم…أوضاع إنسانية كارثية يعيشها نحو 700 ألف مدني في منطقة عفرين التي تحاصرها القوات التركية". 2018-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-18.
- ↑ 1 2 "The Statistics Of The Military Operations Since The Start Of The Turkish Aggression On Afrin On 20-Jan-2018". 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2018.
- ↑ "Arxivlənmiş surət". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-18.
- ↑ At least 48 Syrian pro-gov’t fighters killed during Afrin battle: report Arxivləşdirilib 2018-03-09 at the Wayback Machine
The Latest: Activists: Syrian bombs kill 20 in rebel enclave Arxivləşdirilib 2018-03-15 at the Wayback Machine - ↑ "Shelling by the SDF on the northern countryside of Aleppo leaves 2 people from one family killed and several others injured". 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ Reuters. "Turkish forces push into Syria, battle Kurdish militia". 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- ↑ AFP. "Turkey steps up assault on Kurdish militia in Syria". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2018.
- ↑ "Syrian rockets kill two in Turkey as Ankara fights Kurd militia". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
- ↑ "Erdogan: Operation in Syria's Afrin has begun". Al Jazeera. 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Turkish field op against Afrin Kurds 'de facto underway' – Erdogan". Russia: RT. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ CNN, Gul Tuysuz, Joe Sterling and Schams Elwazer,. "Turkish jets hammer Syrian town to oust US-backed Kurdish militia". CNN. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Terrified children, empty streets in Syria's Afrin as Turkey attacks". France 24. 20 January 2018. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "YPG Tıl Rıfat'ın Tamamını Ele Geçirdi". 15 fevral 2016. 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "Минобороны Турции не исключает возможность начала операции в Сирии в ближайшие дни" (Rusca). Rambler.ru. 27 noyabr 2017. 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ 1 2 3 "Afrində "TOW" və "Sabra"ların rəqsi: Kim daha yaxşı "oynayacaq"? – Hərbi ekspert (ANALİZ)". 2020-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-15.
- ↑ "Combates e bombardeios continuam intensos em Afrin; curdos acusam Rússia de cumplicidade" (portuqal). 21 yanvar 2018. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "TSK: YPG, Azez'de sivil hastaneyi vurdu, yaralılar Türkiye'de". Sputnik. 19 yanvar 2018. 2018-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "YPG Shelling Renders Azaz Psychiatric Hospital Inoperable – Revolutionary Forces of Syria media office". rfsmediaoffice.com. 20 yanvar 2018. 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "10 women at least were wounded by YPG shelling at the psychiatric hospital in Azaz north Aleppo". 2018-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Russian troops in Afrin begin withdrawing: Turkish state-run agency". Hürriyet Daily News. 19 yanvar 2018. 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "ÖSO, Kilis'ten otobüslerle sınırı geçti". 19 Ocak 2018. 2018-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Ocak 2018.
- ↑ "Turkish ground troops enter Syria enclave". BBC. 21 yanvar 2018. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Turkey shells Syria's Afrin region, minister says operation has begun". Reuters. 19 January 2018. 24 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2018.
- ↑ "Turkey steps up Syria shelling as invasion of Afrin looms". BBC. 19 January 2017. 19 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2017.
- ↑ "Turkish troops shell Afrin to oust US-backed Kurdish militia". Channel NewsAsia. Associated Press. 19 January 2017. 20 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 January 2017.
- ↑ "Afrin: sneaking attempt thwarted, YPG, YPJ inflicted mercenaries vast damage – ANHA". en.hawarnews.com. 20 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 January 2018.
- ↑ Shaheen, Kareem. "Turkey starts ground incursion into Kurdish-controlled Afrin in Syria". The Guardian. 21 January 2018. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ Editorial, Reuters. "Airstrikes pound Syria's Afrin as Turkey launches 'Operation Olive Bra". Reuters. 2018-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Turkey launches border security mission in Syria's Afrin". Turkey launches border security mission in Syria's Afrin. 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- ↑ "Turkish troops attack Kurdish enclave in northern Syria". CBS News (ingilis). 3 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "Turkey takes villages in northern Syria". BBC News. 2018. 3 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2018.
- ↑ "DSG'den 'Türk ordusunun ilerlediği haberleri yalan' iddiası". 22 yanvar 2018. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- ↑ "Afrin harekatında son durum: Çok kritik dağ ele geçirildi". Hürriyet. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- ↑ "Turkish soldier killed in clashes near Syria's Afrin region". Reuters. 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- ↑ "Operasyonun üçüncü günü". Aydınlık.
- ↑ "Gazetecilerin olduğu bölgeye PYD'den taciz ateşi". CNN Türk. 2018-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "Terör örgütünden Suriye Hükümetine çağrı". Sözcü. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "TSK kayıp açıklaması". Türkiyə Silahlı Qüvvələri. 2018-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "Afrin yolu açıldı". Hürriyet. 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "TSK, Afrin'e havadan bu bildirileri attı..." Hürriyet. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "Türkiyədən Avropa İttifaqına uzanan təhlükəsizlik çətiri - "Barış Pınarı" ilə barışacaqlarmı?". 2019-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ [2] Arxivləşdirilib 2024-03-16 at the Wayback Machine Azerbaijan fully understands Turkey’s security concerns against terror threat — Foreign Ministry
- ↑ "EU's Mogherini 'extremely worried' by ongoing Turkish offensive in Syria" (İngiliscə). 22 yanvar 2018. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- ↑ "Germany: Turkey has legitimate security interests in Syria". dailysabah.com. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Son Dakika! ABD'den Afrin Operasyonuna İlk Tepki: Müdahil Olmayacağız!". SonDakika.com. 20 yanvar 2018. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "French calls for emergency Security Council meeting on Syria" (İngilis). 21 yanvar 2018. 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "Zijlstra kritisch over Turkse operatie: 'mogelijk impact op strijd tegen IS'" (Hollandca). Nederlandse Omroep Stichting. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2018.
- ↑ "Afrin operasyonu ile ilgili İngiltere'den ilk tepki geldi". Hürriyet. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Ocak 2018.
- ↑ "Iran calls for end to Turkish offensive in Syria" (İngilis). Reuters. 21 yanvar 2018. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "Egypt condemns Turkish military operation in Syria's Afrin" (İngilis). Xinhuanet. 21 yanvar 2018. 2018-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 Ocak 2018.
- ↑ "Operation Olive Branch: What Happened in Syria Today?". Sputnik News. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "TSK, Afrin'e yönelik 'Zeytin Dalı Harekatı' başlattı". Sputnik. 20 Ocak 2018. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.