Zimbabvede Herbi Cevrilis 2017 - Wikipedia
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir.
Zimbabvedə hərbi çevriliş | |||
---|---|---|---|
Tarix | 15 noyabr 2017 - davam edir | ||
Yeri | Harare, Zimbabve | ||
Nəticəsi |
davam edir
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb.[1] 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər.[2]
Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib. Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu. Eyni zamanda hərbi çevrilişdən sonra vitse-prezident Emmerson Mnanqava da vəzifəsindən kənarlaşdırılıb.[3]
Robert Muqabe Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlığında saxlanıldığını bildirib.
İstinadlar
redaktə- ↑ Moyo, Jeffrey; Onishi, Norimitsu. "Zimbabwe's Military, in Apparent Takeover, Says It Has Custody of Mugabe". The New York Times (ingilis). 14 November 2017. ISSN 0362-4331. 24 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2017. (#invalid_param_val)
- ↑ Mashavave, Reagan. "Military takes to streets in Zimbabwe but denies coup". Yahoo News (ingilis). Agence France-Presse. 14 November 2017. 14 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2017. (#invalid_param_val)
- ↑ McKenzie, David; Swails, Brent; Berlinger, Joshua. "Zimbabwe army denies military takeover in live address on state TV". CNN News. 15 November 2017. 15 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2017. (#invalid_param_val)