Zinet Un Nise Beyim - Wikipedia
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim[a] titulu ilə təltif edilmişdir.[2][3]
Zinət-un Nisə Bəyim | |
---|---|
Padşah Bəyim | |
1681 – 1721 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1643 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1721 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Evlənməyib |
Dini | Sünni İslam |
Həyatı
redaktəZinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi.[4] Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi. Zinət-un Nisə də eyni böyük bacısı olan Zeb-un Nisə və kiçik bacısı olan Zubdat-un Nisə kimi mükəmməl şəritə dərsi almış və bunu öyrənmişdir.[5] Xüsusi müəllimlərdən və alimlərdən dərs alan Zinət-un Nisə evlənməyi rədd etmiş və bütün həyatı boyu tək qalmağı seçmişdir.
Zinət ən kiçik ögey qardaşı olan Məhəmməd Kam Baxşa çox bağlı idi və bir neçə dəfə onun atası tərəfindən bağışlanmasına nail olmuşdu.[6] Buna baxmayaraq, Zinətin doğma qardaşı olan Əzəm Şahın Kam Baxşdan xoşu gəlmirdi. Zinət Övrəngzibin hakimiyyətinin son qismlərində cariyə Udaipuri Mahal ilə birlikdə atasının yeganə yoldaşı idi. O, 1707-ci ildə atası vəfat edənə qədər dörddə bir əsr ərzində Dəkkəndə atasının evinin nəzarətçisi idi. Uzun müddət Övrəngzibə sadiq şəkildə xidmət edən Zinət onun varisləri tərəfindən möhtəşəm dövrün canlı xatirəsi kimi daim hörmət görmüşdür.[7]
Bacı və qardaşları
redaktəDilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[8] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
- Şahzadə Zeb-un Nisə Bəyim (15 fevral 1638 – 26 may 1702) — evlənmədən vəfat etmişdir. Qardaşı Məhəmməd Əkbər anaları tez vəfat etdiyinə görə ona baxmışdır. Məşhur şairə və atasının sevimlisi idi. Lakin müəyyən səbəblərə görə ömrünün son 20 ilini həbsdə keçirmişdir.[9]
- Şahzadə Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651 – 17 fevral 1707) — əmisi Dara Şükuhun oğlu Şahzadə Sifir Şükuhla evlənmiş və övladı olmuşdur.[10]
- Şahzadə Məhəmməd Əzəm Şah (28 iyun 1653 – 8 iyun 1707) — atasından sonra qısamüddətli imperator olmuşdur. Özünün əmisi Dara Şükuh qızı olan Şahzadə Cahanzeb Banu ilə evlənmişdir. Övladı olmuşdur. Hakimiyyətə gələ bilsə də, qısa müddət sonra öz ögey qardaşı Müəzzəm tərəfindən devrilmişdir. Özü və oğlu Bidar Bəxt döyüşdə öldürülmüşdür.[11][12]
- Şahzadə Sultan Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Dara Şükuhun nəvəsi ilə evlənmişdir. Atası Övrəngzibə qarşı uğursuz üsyan qaldırmış, bundan sonra Maratha kralının sarayına, daha sonra isə Səfəvi imperiyasına sığınmışdır. Məşhəd şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.[13]
Memarlığa qatqısı
redaktəZinət-un Nisənin 14 karvansara tikdirdiyi məlumdur. 37 yaşı olarkən o, yeni bir layihəyə başlamış və Avadh ilə Benqalı birləşdirən əsas yolun üzərində mehmanxanalar tikdirməyə başlamışdır. Onun bu cəhdləri atasının təriflərini qazanmasına səbəb olmuşdur.[14] O, təxminən 1700-cü illərdə Dehlidəki Qırmızı Qalanın divarlarının yanından keçən çayın kənarında Zinət-un Məsacid adlandırılan abidə tikdirdi və öldükdən sonra elə burada da dəfn edildi.[15] Rəvayətə görə, o, atasından cehizinin miqdarını tələb edib və onu məscidin tikintisinə sərf edib.[14]
Ölümü
redaktəZinət-un Nisə Bəyim 1721-ci ilin 18 may tarixində 77 yaşında ikən Delhidə vəfat etmişdir.[16]
Həmçinin bax
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ Findly, 1993. səh. 125
- ↑ Sarkar, 1973. səh. 318
- ↑ Sarkar, 1979. səh. 14
- ↑ Krynicki, 2005. səh. 1
- ↑ Schimmel, 2004. səh. 26
- ↑ Richards, 1995
- ↑ Sarkar, 1979. səh. 284
- ↑ Krynicki, 2005. səh. 41
- ↑ Magan La və Jessie Duncan Westbrook. . John Murray. 1913 https://www.sacred-texts.com/isl/zun/zun03.htm (#bare_url_missing_title). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
- ↑ Must'ad Khan və Sarkar, 1981. səh. 39
- ↑ Puri, 2003. səh. 199
- ↑ Gandhi, 2003. səh. 324
- ↑ Sen, 2013. səh. 190
- ↑ 1 2 Mukherjee, 2001. səh. 203–204
- ↑ Schimmel, 2004. səh. 154
- ↑ Irvine, 1971. səh. 2
Mənbə
redaktə- Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
- Sir Jadunath Sarkar. Volumes 1-2 of History of Aurangzib: Mainly Based on Original Sources. Orient Longman. 1973.
- Annie Krieger Krynicki. Zebunissa, daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
- A. Schimmel. Islam in the Indian Subcontinent. II. Leiden: Brill. 1980. ISBN 9789004061170.
- A. Schimmel. The Empire of the Great Mughals: History, Art and Culture. India: Reaktion Books. 2004.
- J.F. Richards. Mughal empire (Transferred to digital print. Cambridge: Cambridge University Press. 1995.
- Soma Mukherjee. Royal Mughal Ladies and Their Contributions. Gyan Books. 2001. ISBN 9788121207607.
- William Irvine. Later Mughal. Atlantic Publishers & Distri. 1971.
- Ellison Banks Findly. Nur Jahan, empress of Mughal India. New York: Oxford University Press. 1993. ISBN 9780195360608.
- Saqi Must'ad Khan və Sir Jadunath Sarkar. Maāsir-i-Alamgiri: A History of the Emperor Aurangzib-ʻĀlamgir. Bengal: Royal Asiatic Society of Bengal. 1981.
- B.N. Puri. Comprehensive history of medieval India. Sterling Publishers. 2003. ISBN 978-81-207-2508-9.
- Surjit Singh Gandhi. A Historian's Approach to Guru Gobind Singh. 2003.
- Sailendra Sen. A Textbook of Medieval Indian History. Primus Books. 2013. ISBN 978-9-38060-734-4.