Zivlan - Wikipedia
Zivlan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.[2]
Zivlan | |
---|---|
40°22′47″ şm. e. 46°07′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəGüman ki, Qarabağdan köçüb gələn və kəndin əsasını qoyan ailələr Kəlbəcər rayonunun Zivel kəndindən olmuşlar və yeni saldıqları kəndi də Zivlan adlandırmışlar.[3]
Tarixi
redaktəYerli məlumata görə, kəndi XVIII əsrin ortalarında Qarabağdan köçüb gəlmiş ailələr salmışlar.
Tarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Zivlançayın sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 130 | 67 | 63 |
2009[5] | ↗142 | ↘64 | ↗78 |
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
redaktəKənddə Zivlan kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə Zivlan kənd tibb məntəqəsi yerləşir.[7]
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Zivlan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 299. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 78.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
- ↑ "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.