Ziyeddin Eliyev - Wikipedia
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.[1][2] Əməkdar mühəndis (2017).[3]
Ziyəddin Əliyev | |
---|---|
2 dekabr 2017 – 14 iyun 2023 | |
Əvvəlki | Yaşar Məmmədov |
Sonrakı | İlqar Mahmudov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1963 (61 yaş) |
Partiya | Yeni Azərbaycan Partiyası |
|
|
Təltifləri |
Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Karyerası
redaktə"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.[3]
Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır.
1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[2]
Mükafatları
redaktəAzərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[3]
İstinadlar
redaktə- ↑ Z. İ. Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az, 02.12.2017 (az.)
- ↑ 1 2 "Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı.
- ↑ 1 2 3 "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli, 2681 nömrəli Sərəncamı. e-qanun.az (az.)