Ziyilli Comcexul - Wikipedia
Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Ziyilli çömçəxul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ziyilli çömçəxul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəXəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur.
Morfoloji əlamətləri
redaktəD III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var. Çənəsinin altında qısa bığcıq yerləşir. Uzunluğu 5-6 sm-ə qədər olur.
Yaşayış yeri və həyat tərzi
redaktəDənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır. Duzlu sularda yaşayırlar. Yayda sahilə yaxın zonalarda, qışda isə dənizin dərinliklərində yaşayır. Əsasən molyusklar və xərçəngkimilərlə qidalanır.[2]
Çoxalması
redaktə1 il ömru var. Cinsi yetkinliyə 6-7 ayında çatır. İyun-iyul aylarında suyun səthində görünməyə başlayırlar. Dişi balıqlar kürülədikdən sonra ölürlər.[3]
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.