Zubdat Un Nise Beyim - Wikipedia
Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651[1], Multan, Britaniya Hindistanı – 17 fevral 1707[1], Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir.
Zubdat-un Nisə Bəyim | |
---|---|
Böyük Moğol imperiyasının şahzadəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Multan, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Dehli, Böyük Moğol imperiyası |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Sipihr Şükuh |
Dini | Sünni İslam |
Həyatı
redaktəZubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.[2][3][4]
Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh[a] Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi. Lakin bu uşaq 6 aylıq ikən vəfat etdi.[7][8][9][10]
Zubdat-un Nisə Bəyim 17 fevral 1707-ci ildə, atasının ölümündən bir ay əvvəl vəfat etmişdir.[11]
Bacısı və qardaşları
redaktəOnun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi.[12] Anası Dilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[13] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
- Şahzadə Zeb-un Nisə Bəyim (15 fevral 1638 - 26 may 1702) - evlənmədən vəfat etmişdir. Qardaşı Məhəmməd Əkbər anaları tez vəfat etdiyinə görə ona baxmışdır. Məşhur şairə və atasının sevimlisi idi. Lakin müəyyən səbəblərə görə ömrünün son 20 ilini həbsdə keçirmişdir.
- Şahzadə Zinət-un Nisə Bəyim (d. 5 oktyabr 1643 - ö. 7 may 1721) - Padşah Bəyim titulu daşımış və evlənməmişdir.[7]
- Şahzadə Məhəmməd Əzəm Şah (28 iyun 1653 - 8 iyun 1707) - atasından sonra qısamüddətli imperator olmuşdur. Özünün əmisi Dara Şükuh qızı olan Şahzadə Cahanzeb Banu ilə evlənmişdir. Övladı olmuşdur. Hakimiyyətə gələ bilsə də, qısa müddət sonra öz ögey qardaşı Müəzzəm tərəfindən devrilmişdir. Özü və oğlu Bidar Bəxt döyüşdə öldürülmüşdür.[14][15]
- Şahzadə Sultan Məhəmməd Əkbər (11 sentyabr 1657 - 31 mart 1706) - Dara Şükuhun nəvəsi ilə evlənmişdir. Atası Övrəngzibə qarşı uğursuz üsyan qaldırmış, bundan sonra Maratha kralının sarayına, daha sonra isə Səfəvi imperiyasına sığınmışdır. Məşhəd şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.[16]
Qeydlər
redaktə- ↑ Sipihr Şükuh atası ilə əmisi arasında hakimiyyət uğrunda gedən mübarizədə atası tərəfində çıxış etmiş, onun generallarından və diplomatlarından biri olmuşdu. Atası Övrəngzib tərəfindən məğlub edildikdən sonra 1659-cu ildə Məlik Civan tərəfindən ələ keçirilmiş, Dehliyə gətirilmiş və zəncirlənmiş halda küçələrdə gəzdirilərək əhaliyə göstərilmişdir. Zubdat-un Nisə ilə evləndirilsə də, 1675-ci ilə qədər həbsdə saxlanılmışdır. Sonradan həbsdən azad edilmiş, 1680–1696-cı illərdə Odishanın canişini, 1701–1708-ci illərdə paytaxtda yerləşən Qırmızı Qalanın hakimi vəzifələrində çalışmışdır.[5][6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Zubdat-un-Nissa // http://cbw.iath.virginia.edu/women_display.php?id=22272.
- ↑ Sarkar, 1973. səh. 38
- ↑ Hussain Mirza, 1969. səh. 4
- ↑ Schimmel, 2004
- ↑ Eraly, 2004. səh. 352
- ↑ Manucci, 1907. səh. 340
- ↑ 1 2 Must'ad Khan və Sarkar, 1981. səh. 39
- ↑ Sharma, 2016. səh. 113
- ↑ Mukherjee, 2001. səh. 106
- ↑ Hansen, 1972. səh. 393
- ↑ Irvine, 1971. səh. 2
- ↑ Krynicki, 2005. səh. 1
- ↑ Krynicki, 2005. səh. 41
- ↑ Puri, 2003. səh. 199
- ↑ Gandhi, 2003. səh. 324
- ↑ Sen, 2013. səh. 190
Mənbə
redaktə- Sir Jadunath Sarkar. Volumes 1-2 of History of Aurangzib: Mainly Based on Original Sources. Orient Longman. 1973.
- A. Schimmel. Islam in the Indian Subcontinent. II. Leiden: Brill. 1980. ISBN 9789004061170.
- Saqi Must'ad Khan və Sir Jadunath Sarkar. Maāsir-i-Alamgiri: A History of the Emperor Aurangzib-ʻĀlamgir. Bengal: Royal Asiatic Society of Bengal. 1981.
- Soma Mukherjee. Royal Mughal Ladies and Their Contributions. Gyan Books. 2001. ISBN 9788121207607.
- William Irvine. Later Mughal. Atlantic Publishers & Distri. 1971.
- Sarfaraz Hussain Mirza. Muslim Women's Role in the Pakistan Movement. University of the Punjab: Research Society of Pakistan. 1969.
- Sudha Sharma. The Status of Muslim Women in Medieval India. India: SAGE Publications. 2016. ISBN 9789351505679.
- Waldemar Hansen. The Peacock Throne : The Drama of Mogul India. Motilal Banarsidass. 1972. ISBN 9788120802254.
- Niccolao Manucci. Moghul India 1653-1708. London: John Murray. 1907.
- Abraham Eraly. The Mughal Throne - The Saga of India's Great Emperors. London: Phoenix. 2004. ISBN 9789351181286.
- B.N. Puri. Comprehensive history of medieval India. Sterling Publishers. 2003. ISBN 978-81-207-2508-9.
- Surjit Singh Gandhi. A Historian's Approach to Guru Gobind Singh. 2003.
- Annie Krieger Krynicki. Zebunissa, daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
- Sailendra Sen. A Textbook of Medieval Indian History. Primus Books. 2013. ISBN 978-9-38060-734-4.