Eqreb Xususi Teyinatli Destesi - Wikipedia
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
Əqrəb | |
---|---|
Növü | xüsusi təyinatlı |
Ölkə | Azərbaycan |
Tabedir | DİN Daxili Qoşunları |
Sayı | gizli saxlanılır |
Müharibələr | 2-ci Qarabağ müharibəsi |
Döyüşlər |
Cəbrayıl döyüşləri Füzuli döyüşləri Xocavənd döyüşləri |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | May. Ələsgər Muxtarov |
Yaradılması
redaktəAzərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur.[1]
Tarixi
redaktə"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur. XTD Komandiri Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanmışdır.
İstinadlar
redaktə- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.