Azerbaycan Respublikasi Mulki Aviasiyasinin 75 Illiyi 1938 2013 Yubiley Medali - Wikipedia
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilmiş medal.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | yubiley medalı[d] |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 30 sentyabr 2013 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı[1] |
Təsis edilməsi
redaktə2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.[2]
Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Əsasnamədə deyilir:[4]
Maddə 1. Təltif edilən şəxslər
- "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər
Maddə 2. Təltif edən orqan
- Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma qaydası
- "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
— medalın ƏSASNAMƏSİ[4]
Təsviri
redaktəAzərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[5]
Maddə 1. Medalın ümumi təsviri
- "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
- 2.1. Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində "75" rəqəmləri həkk edilir.
- 2.2. Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və "75" rəqəmləri isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
- 3.1. Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca "Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə" sözləri həkk edilir. Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.
- 3.2. Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.
Maddə 4. Medalın elementləri
- 4.1. Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.
- 4.2. Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir. Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir.
— medalın TƏSVİRİ[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ "" "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". azertag.az. Azərbaycan Respublikasının Milli Məclisi. 17 oktyabr 2013. 2021-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2021.
- ↑ ""Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidenti. 14 noyabr 2013. 2021-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2021.
- ↑ 1 2 ""Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə". Azərbaycan Respublikası Prezidenti. 17 oktyabr 2013. 2014-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2021.
- ↑ 1 2 ""Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının Təsviri". Azərbaycan Respublikası Prezidenti. 17 oktyabr 2013. 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2021.