Azerbaycan Avtomobil Yollari 100 Il 1918 2018 Yubiley Medali - Wikipedia
"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.[2]
"Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı | |
---|---|
"Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunmur |
Statistika | |
Parametrlər | 90 mm х 32 mm |
Təsis tarixi | 23 fevral 2018 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı[1] |
Aşağı mükafat | "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı[1] |
"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər.
Təltif edilən şəxslər
redaktə"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər.[3]
Təltif edən orqan
redaktə"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təltif edir.
Taxılma qaydası
redaktə"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Medalın təsviri
redaktəMedalın ümumi təsviri
redaktə"Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfi
redaktə- Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində "100" rəqəmi təsvir olunmuşdur.
- Ön tərəfin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN AVTOMOBİL YOLLARI", aşağı hissəsində qövs boyunca "1918" və "2018" rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
- Medalın haşiyəsi, bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.
Medalın arxa tərəfi
redaktə- Medalın arxa tərəfində Azərbaycan Respublikasının xəritəsinin konturu təsvir olunmuşdur. Xəritənin üzərində "AZƏRBAYCAN AVTOMOBİL YOLLARI 1918–2018" sözləri yazılmışdır. Xəritə və yazılar relyefli olaraq, qabarıqdırlar.
- Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medalın elementləri
redaktə- Medalın paltarın yaxasına bərkidilmək üçün 30 mm x 50 mm ölçüdə, 2 halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır. Elementin üzərinə mərkəzində 10 mm enində sarı rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru, ardıcıl olaraq, 6 mm enində göy rəngli, 1,5 mm enində qırmızı rəngli və 2,5 mm enində göy rəngli şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
- Elementin yuxarı hissəsinə 32 mm x 5 mm ölçüdə, üzərində sol və sağ tərəflərdən mərkəzə doğru yönəldilmiş iti bucaqlı həndəsi elementlər təsvir edilmiş lövhə bərkidilmişdir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ ""Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalının təsviri". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
- ↑ ""Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.