Qirmizi Bayraq Ordeni Azerbaycan Ssr - Wikipedia
"Qırmızı bayraq" ordeni — Azərbaycan SSR-in ilk dövlət mükafatı.[1][2]
"Qırmızı Bayraq" ordeni | |
---|---|
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | orden |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 1920 |
Ləğv tarixi | 1925 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 53 nəfər |
Tarixi
redaktə1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir[1].
Təsviri
redaktəBu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır[1].
Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub[1].
Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir.
Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.
Ordenin yuxarı hissəsində üzərində türk dilində ərəb qrafikası ilə "Bütün ölkələrin proletarları, birləşin!" və rus dilində "Пролетарии всех стран, соединяйтесь!" sözləri yazılmış qırmızı bayraq yerləşdirilmişdir.[3]
Təltif olunanlar
redaktəOrdenlə 53 nəfər mükafatlandırılmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Deputatın döş nişanının mənası nədir? - TƏHLİL". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
- ↑ "Azərbaycan SSR-in ordenləri, medalları və döş nişanları — files.preslib.az saytı" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-21.
- ↑ Санубар Касимова. Фалеристика Азербайджана первой половины XX века, "İRS- Наследие", № 3, 2009 г., s. 24–28.