Ciraq Kelbecer - Wikipedia
Çıraq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Çıraq kəndi İstisu qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çıraq kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Çıraq | |
---|---|
39°58′26″ şm. e. 45°57′08″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəKəndin əhalisi etnik mənşəyinə görə türkdür və onların ulu babaları əsrlərlə orada yaşayan yerli sakinlər olmuşdur. Kənd sakinlərinin danışıq dili Azərbaycan türkcəsidir.
Coğrafiyası və iqlimi
redaktəKənddə Ağbulaq yurdu, Qarabulaq yurdu, Dolçabulaq yurdu adlı bulaqlar var. Kəndin məşhur yerləri: Dərinçuxur, Dəmirqaya, Qırmızıtəpə, Göygav, Sarıgav, Həşərgələr, Sudolduran, Novun şamı, Tumuzluq, Arxacqaya, Arıxanaqaya, Şişqaya, Qayabaşı, Vəlinin çüxuru.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |