Cehrayi Qutan - Wikipedia
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü.
Çəhrayı qutan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çəhrayı qutan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi xarakteristikası və görkəmi
redaktəKütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir. Quruda çətin gəzir. Səsi boğuq-bağırtılıdır.
Yayılması
redaktəƏsasən Afrikanın ekvatorial hissəsində, Cənubi Avropada, Ön və Mərkəzi Asiyada yuvalayır. Qara və Xəzər dənizində, İranda, İraqda, Misirdə qışlayır. Xəzər dənizinin Azərbaycan hissəsinin bütün sahil zolağı boyu rast gəlinir. Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri və Kürün mənsəbinə həmsərhəd Xəzərin sahil suları əsas qışlama yerləridir.
Sayı
redaktəQızılağac Dövlət Təbiət Qoruğunun su hövzələrində qışda 1980-ci ildə 40, 1982-ci ildə 6, 1999-cu ildə 99, 2004-cü ildə 20, 2005-ci ildə 210, 2006-cı ildə 720 fərdi, Kürün mənsəbində isə 1999-cu ildə 40 fərdi qeydə alınmışdır. Xəzərin Cənubi-Şərqi Şirvan, Abşeron-Qobustan və Samur-Dəvəçi sahil zolağında tək-tək fərdlərinə rast gəlinir. Arealının şimal hissəsində qış sərt keçdikcə Xəzərin Azərbaycan hissəsində sayı artır.
Çoxalması
redaktəƏsasən koloniya halında, bəzən ayrı-ayrı cütlər şəklində yuvalayır. Yuvalarını su hövzələrinin qarğı və qamışlıqlarında qururlar. Yuvaya 2 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatma 33 gün davam edir. Əsasən dişi kürt yatır, erkək onu gecə və səhər əvəz edir. Balanın yumurtadan çıxdığı ilk gündən valideynlər onları qusuntu ilə qidalandırır. Balalar artıq 5-ci gün kiçik balıqlarla qidalana bilir.
Statusu
redaktəQışlayan və ötüb keçən quşdur. Azərbaycanın Qırmızı kitabına daxil edilib.
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3