Celeken Ogurcali Bogazi - Wikipedia
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir[1].. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir[2]. Hazırda boğazın daxilində adsız ada vardır. Qumlar boğazın mərkəzi hissəsində kiçik qum adaları əmələ gətirdiyindən boğaz faktiki bir neçə kiçik boğazlara bölünür. Buna baxmayaraq ərazidən kiçik gəmilər üzür, ancaq onların quma yatması ehtimalı yüksəkdir.
Çələkən Oğurcalı boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 15 km |
Ən böyük dərinliyi | 3 m |
Orta dərinliyi | 1,2-2 m |
Yerləşməsi | |
39°10′00″ şm. e. 53°10′00″ ş. u.HGYO | |
Ölkə | Türkmənistan |
Akvatoriyası | |
|
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Caspianmonitoring.ru". www.caspianmonitoring.ru (rus). 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
- ↑ "Xəzər dənizi". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.