Cetirimiz Buludlardir Film 1976 - Wikipedia
Cetirimiz Buludlardir Film 1976 - Wikipedia - Haqqında Məlumat
Çətirimiz buludlardır — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.
Çətirimiz buludlardır | |
---|---|
Fayl:Çətirimiz buludlardır (1976).jpg | |
Janr |
Dram Məhəbbət |
Rejissorlar | Nicat Bəkirzadə, Teymur Bəkirzadə |
Ssenari müəllifi | Mövlud Süleymanlı |
Baş rollarda |
Elxan Əhədzadə- Gizir Xalidə Quliyeva- Bənövşə Tamara Şakirova- Nərgiz Telman Adıgözəlov-Bəkir Elçin Məmmədov- Məlik |
Operator | Nikolay İlçuk |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Mais Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 31 yanvar, 1975 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Rus dili |
İl | 1976 |
Texniki məlumatlar |
7 hissə 1780 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Quba Nalçik, Rusiya (Elbrus dağları) |
Məzmun
redaktə- Filmdə çobanların məişətindən söhbət açılır. Gizir(Elxan Əhədzadə) bütün varlığı ilə çoban sənətinə bağlı bir gəncdir. O, həmkəndlisi Nərgizi(Tamara Şakirova) sevir. Lakin əsgərlikdən qayıdanda qızın başqasına ərə getdiyini eşidir. Bir müddət keçir. Giziri Bənövşə(Xalidə Quliyeva) adlı bir qızla nişanlayırlar. Ancaq Nərgizin ondan ayrılması oğlanı rahat buraxmır. O, peşəsindən üz döndərir, kənddən çıxıb gedir...
Film haqqında
redaktə- Film rejissor Nicat Bəkirzadənin böyük kinoda ilk işidir.
- Film rejissor Teymur Bəkirzadənin böyük kinoda ilk işidir.
- Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Mövlud Süleymanlı
- Quruluşçu rejissor : Nicat Bəkirzadə, Teymur Bəkirzadə
- Quruluşçu operator : Nikolay İlçuk
- Quruluşçu rəssam : Mais Ağabəyov
- Bəstəkar : Mobil Babayev
- Səs operatoru : Akif Nuriyev
- Rejissor : Adil İsmayılov (III)
- Operator : S. Kaşiyev
- Qrim rəssamı : D. Sesarskaya
- Geyim rəssamı : Elçin Məmmədov
- Montaj edən : Nelli Mahmudova
- Rejissor assistenti : Səməd Lazımov, Yusif Əlizadə
- Operator assistenti : M. Axundov
- Rəssam assistenti : X. İmanov
- Montaj üzrə assistent : Tamilla Muxtarova
- Redaktor : Fərman Kərimzadə, D. Tahirova
- Çalır : Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Mahnı İfa edən : Cavan Zeynallı
- Bədii Rəhbər : Həsən Seyidbəyli
- Filmin direktoru : Qasım Səfəroğlu, Kamil Hacıyev
Rollarda
redaktə- Elxan Əhədzadə- Gizir
- Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Bənövşə
- Tamara Şakirova(Tamara Qəniyeva kimi)- Nərgiz
- Telman Adıgözəlov-Bəkir
- Elçin Məmmədov- Məlik
- Gündüz Abbasov- Qaraca kişi
- Həsənağa Turabov- Sədr Qədirov
- Zemfira Sadıqova- Şərqiyyə
- Q. Məmmədov
- Muxtar Maniyev-Fəhlə
- Sədaqət Zülfüqarova-Nənə
- Yusif Əlizadə- Təyyarəçi
- N. Qasımova
- Qasım Səfəroğlu
- Akif Yusifov
- Tatyana Xaritonova
- A. Qurbanova
- Səməd Lazımov
- Nəcəf Həsənzadə-çoban (titrlərdə yoxdur)
Sponsor
redaktəMərkəzi Televiziya (Moskva)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.