Cacasi - Wikipedia
Çacaşi (gürc. ჩაჟაში) — Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti diyarının Mestiya bələdiyyəsində yerləşən kənd. Böyük Qafqaz dağ sisteminin cənubi ətəklərində, yuxarı İnquri çayı (gürc. ენგური) vadisində və dəniz səviyyəsindən 2,160 metr yüksəklikdə yerləşir. Kənd, tarixi Svaneti (gürc. სვანეთი) vilayətinin bir parçası və Uşquli (gürc. უშგული) icmasının mərkəzidir. Yuxarı Svaneti vilayətinin bir parçası olaraq YUNESKO-nun Ümümdünya İrsi siyahısına salınmışdır.[2]
Çacaşi | |
---|---|
gürc. ჩაჟაში | |
42°54′54″ şm. e. 43°00′31″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Sameqrelo-Yuxarı Svaneti |
Bələdiyyə | Mestiya Bələdiyyəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2,160 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 28[1] nəfər (2014) |
Milli tərkibi | Svanlar |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəÇacaşi, dörd kəndin bir araya yığındığı Uşquli icmasının əsas yaşayış məntəqəsidir. Gürcüstanın inzibati bölgüsünə müvafiq olaraq, Mestiya bələdiyyə mərkəzinin 45 km qərbində, İnquri və Şavtskala çaylarının birləşdiyi Mestiya qəsəbəsinin bir hissəsidir.[3]
Mədəni İrsi
redaktəÇacaşi, Gürcüstan tarixinin orta əsrlərinə və erkən müasir dövrlərinə, ölkənin şimal-qərbi hissəsində və əksəriyyətlə dağlıq olan Svaneti vilayətinə aid onlarla quruluşa ev sahibliyi edir. Bunların arasında, 13 ədəd yaxşı qorunmuş Svaneti qüllələri, 3–5 mərtəbəli evləri və orta əsrlərə aid qalaları, Böyük Tamara Qalası da daxil olmaqla Böyük Tamaranın (1184–1213), yay fəslindəki iqamətgahı olduğu inanılır. Kənddə daşdan hazırlanmış iki kilsə də mövcuddur. Kənddə yerləşən Müqəddəs Corc kilsəsi X, Xilaskar kilsəsi isə XI-XII əsrə aiddir. Müqəddəs Corc kilsəsi Böyük Tamara Qalasının bir hissəsidir, İkincisi isə fresklərlə örtülmüşdür[3]. Gürcüstan hökuməti və Beynəlxalq Abidələr və Yerlər Beynəlxalq Şurası Milli Komitəsi (ing. ICOMOS Georgia) 2000-ci ildən etibarən kəndin mədəni irs və bərpa və qoruma layihələrinin çox intizamlı araşdırmalarına başçılıq etmişdir.
Əhalisi
redaktəÇacaşi, 2014-ci ildəki siyahıyaalmadan bu günə qədər, svanlardan ibarət olan 28 insanla kiçik bir kənddir. Svanlar azsaylı Kartvel dilli xalqdır. Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar və mütləq əksəriyyəti Gürcüstanda yaşamaqdadır.
Əhali | 2002 | 2014 |
---|---|---|
Cəmi | 34[4] | 28[2] |
Qalereya
redaktə-
Kraliça Tamar Qarpız Qülləsi
-
Kraliça Tamar Yaz Qülləsi
-
Çacaşi Kilsəsi
-
Çacaşi kəndi
-
Uşquli camaatı, Çacaş qalası (aşağı) və arxasında Çacaşi kəndi.
-
Çacaşi kilsəsi və qüllələr
-
Çacaşi kilsəsi və Şxara dağı.
-
Çacaşi qüllələri
-
Çacaşi qüllələri (digər rakursdan).
-
Çacaşidəki ikiqat qüllə.
-
Çacaşidəki ikiqat qüllə (digər rakursdan).
-
Çacaşi qüllələri (digər rakursdan).
-
Çacaşi kəndi
Həmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ "2014 Gürcüstan əhali siyahıyaalması 2014" Arxivləşdirilib 2018-04-01 at the Wayback Machine. Noyabr 2014. Gürcüstan Statistika Nazirliyi. 2016-cı ilin Noyabr ayının 7-də alındı.
- ↑ 1 2 "Əhali siyahıyaalınması 2014: İnzibati Region Avadanlıqları və cinsiyyətə görə əhali sayı" Arxivləşdirilib 2016-09-19 at the Wayback Machine. Gürcüstan Statistika Nazirliyi. 2016-cı ilin Sentyabr ayının 27-də alındı.
- ↑ 1 2 İrakli Abaşidze (1987). "ჩაჟაში (Çacaşi)". ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11 [Gürcüstan Sovet Ensiklopediyası, 11-ci cild]. Tbilisi: Metsniyereba. səhifə 82–83. (Gürcü dilində)
- ↑ [https://web.archive.org/web/20180928055530/http://www.geostat.ge/cms/site_images/_files/georgian/census/2002/II%20tomi%20.pdf Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine "საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები, ტომი II [2002-ci ildəki Gürcüstanın ilk milli əhali siyahıyaalmasının nəticələri, II cild]"] (PDF) (Gürcü dilində). Gürcüstan Statistika Nazirliyi 2003. 2016-cı ilin Avqust ayının 15-də alındı.