Capaq - Wikipedia
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ.
Çapaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çapaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yayılması
redaktəBaltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir.
Morfoloji əlamətləri
redaktəŞərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur. Döş üzgəclərini bükdükdə ucları qarın üzgəclərinin qaidəsinə çatır, bəzən ötüb keçir. Qarın üzgəcləri anus üzgəcinə qədər çatır. Qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Kür çayında ovlanan çapağın bədən uzunluğu 23-39 sm, orta hesabla 31,1 sm, bədən kütləsi orta hesabla 631 q olur. Bel üzgəcində 9-10, anal üzgəcində 25-30 şüa, yan xətt orqanında 50-56 pulcuq var.
Yaşayış yeri və həyat tərzi
redaktəÇapaq sakit axan isti sularda daha çox olur. Adətən yarımkeçici və oturaq formalar əmələ gətirir. Göllərdə və su anbarlarında oturaq populyasiyalar da əmələ gətirir. Çapağın Kür çayına miqrasiyası oktyabrın axırlarında başlayır və martın axırlarında qurtarır, çaya girmənin qızğın vaxtı dekabr-yanvar aylarında müşahidə olunur. Başlıca olaraq bentosyeyən balıqdır. Cənub dənizlərinin,o sıradan Xəzərin şortəhər sahələrində ilbizlər,qurdlar,həşərat sürfələri və xərçəngkimilərlə qidalanır. Kür çayında ovlanan çapağın qidasının ısas hissəsini xironomid sürfələri, yanüzənlər və tsikloplar, az miqdarda bitkilər təşkil edir.[2]
Çoxalması
redaktəSırf şirinsu fərdləri əsasən 3 yaşlarında,ən azı 22-23 sm ölçüdə cinsi yetkinliyə çatır.Kürütökmə aprelin üçüncü ongünlüyündən başlanır. Kürüsünü 1 metr və daha artıq dərinlikdə, zəif axan sularda bitki üzərinə tökür. Yarımkeçici çapaq daha intensiv böyüyərək 3-4 yaşlarında,orta uzunluğu 25 sm-ə çatarkən yetişir. Kürütökmə müddəti və şəraiti şirinsu formasında olduğu kimidir. Kürətrafı su hövzələrə girən balıqlarda isə məhsuldarlıq daha yüksəkdir və orta hesabla 100 min kürü təşkil edir. Temperaturdan asılı olaraq inkubasiya dövrü bir həftəyə yaxındır. Tam yetişmiş kürünün diametri 0,92-1,26 mm, orta hesabla 1,14 mm olur. Mayalandıqdan sonra kürünün diametri 2,0 mm çatır.
Təsərrüfat əhəmiyyəti
redaktəXəzərdə çapağın təsərrüfat əhəmiyyəti böyük,Azərbaycanın balıq ovunda isə ümumi miqdarı aşağıdır. Hazırda Mingəçevir su anbarında daha çox çapaq ovlanır.May-iyunda çapaq böyük kürütökmə sürüləri əmələ gətirərək sahil dayazlığına yanaşarkən onların qeyri- qanuni ovu aparılır. Kürün axını tənzimləndikdən sonra onun aşağı axarında çapaq ehtiyatları balıqartırma təsərrüfatlarının və qismən təbii kürütökmənin hesabına təmin edilir.
Ədəbiyyat
redaktə- Azərbaycanın Heyvanlar aləmi III cild.Bakı,Elm 2004,səh83
- H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007,səh180
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,