Capar Xul - Wikipedia
Çapar xul (lat. Babka gymnotrachelus)[2] — Babka cinsinin bir nümayəndəsidir.
Çapar xul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çapar xul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəQara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir.
Morfoloji əlamətləri
redaktəD VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir. İkinci bel üzgəci demək olar ki, eyni hündürlükdədir. Rəngi sarımtıl-boz,böyürlərində arxadan irəliyə yönəlmiş çəpinə, köndələn zolaqlar əmələ gətirən qonur xallar vardır.Neogobius gymnotrachelus macrophthalmus yarımnövü ikinci bel və anal üzgəclərində şüaların azsaylı olması, bədənin yan sıraısnda pulcuqların olması,bədənin kiçik ölçüləri ilə səciyyələnir.Maksimal uzunluq 26 sm-dir.[3]
Yaşayış yeri və həyat tərzi
redaktəSu hövzələrinin qumlu yerlərində, daşların və yosunların arasında yaşayırlar. Əsaən xərçəngkimilərlə, xironomid və balıq sürfələri ilə qidalanırlar.
Çoxalması
redaktəCinsi yetkinliyə 2 yaşında çatır.1,5-2 min kürü tökür. Kürüləmə aprel-may aylarında 3 həftə ərzində hissə-hissə, suyun temperaturu 9-12 °C olduqda baş verir. Mayalanmış kürünün diametri 3,2 x 1,8 mm olur. Kürüləri erkək balıqlar qoruyur. 2 həftədən sonra kürüdən sürfələr çıxmağa başlayır. İyul və avqustda Şimali Xəzərdə 20–37 mm uzunluğunda olan sürfələrə rast gəlinmişdir.[4]
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 142.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2014.
- ↑ Freyhof, J., Kottelat, M. "Babka gymnotrachelus". The IUCN Red List of Threatened Species. 2008. 2008: T188118A8643960. doi:10.2305/IUCN.UK.2008.RLTS.T188118A8643960.en.
- ↑ "Arxivlənmiş surət". 2020-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
- ↑ "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.