Capel Ron - Wikipedia
Çapel Ron (ing. Chappell Roan; 19 fevral 1998[1]) — ABŞ müğənnisi, mahnı-yazarı. O, əksər mahnılarını prodüser Den Niqronun iştirakı ilə yazıb. 80-ci illərin sinti-pop və 2000-ci illərin pop hitlərindən ilham alır. Çapel Ron eynilə dreq kvinlərə xas olan ekstravaqant estetikaya malikdir.
Çapel Ron | |
---|---|
ing. Chappell Roan | |
Ümumi məlumatlar | |
Doğum adı | Kayleigh Rose Amstutz[2][3] |
Ləqəbi | Chappell Roan[4] |
Doğum tarixi | 19 fevral 1998[1] (26 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2014-cü ildən |
Janrlar | sinti-pop, pop musiqisi, elektronik musiqi |
Albom şirkətləri | Atlantic Records, Island Records |
iamchappellroan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Çapel Ron 17 yaşında olarkən öz yazdığı orijinal mahnısı olan "Die Young"-u YouTube kanalına yerləşdirib. Bu mahnının rəğbətlə qarşılanmasından sonra o, Atlantic Records-dan müqavilə təklifi alıb. 2017-ci ildə debüt mini-albomu olan "School Nights"-ı çıxarıb. O, 2020-ci ildə fərqli bir üslubda olan "Pink Pony Club" adlı sinqlını yayımlamışdır. Bu sinql sayəsində o, ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacarıb. Həmin il Atlantic Records onunla bağladığı müqaviləyə xitam verib.
O, 2022-ci ildə müstəqil şəkildə bir neçə mahnı buraxıb. Debüt studiya albomu olan "The Rise and Fall of a Midwest Princess"-i 2023-cü ildə, Island Records-un vasitəsilə çıxarıb. Bu albom ilin sonunda "2023-cü ilin ən yaxşı albomları" siyahılarında yer alıb. Albomun buraxılışdan aylar sonra, 2024-cü ilin əvvəllərində kommersiya uğuru olduqca artıb.
Çapel Ronun nailiyyətini bunlara bağlamaq olar – o, müğənni Oliviya Rodriqonun "Guts World Tour" konsert turunun açılışından öncə çıxış edib, "Coachella" və "Governors Ball" kimi böyük musiqi festivallarında performans sərgiləyib və "Good Luck, Babe!" adlı sinqlı hit olub. "Midwest Princess" albomu 2024-cü ilin ortalarında ABŞ, Avstraliya, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq hit-paradlarında ilk beşlikdə qərarlaşıb.
Həyatı
redaktəKeyli Rouz Amstuts 19 fevral 1998-ci ildə Missurinin Villard şəhərində anadan olub.[5][6][7] Dörd uşaqdan ən böyüyüdür. Treyler parkında böyüyüb.[8] Anası baytar işləyir, atası Sprinqfilddəki müayinəni idarə edir və həmçinin nevroloji və yanıq xəsarətləri olan xəstələr üçün reanimasiya şöbələrində qeydiyyatdan keçmiş tibb işçisi kimi çalışırdı.[9] O, mühafizəkar xristian şəhərciyində böyüyüdüyünü deyir.[10][11][12] Uşaq ikən o, valideynləri ilə birlikdə həftədə üç dəfə kilsəyə baş çəkirdi. Bəzi yaylarda onu xristian yay düşərgələrinə göndərirdilər. O, 2023-cü ildə "Variety" ilə olan müsahibəsində ağır bir tərbiyə almasından danışıb.
Çapel Ron təxminən 10 və ya 11 yaşında ikən fortepiano çalmağı öyrənməyə başlamışdır. O, 12 yaşına çatanda bacarıqlarını artırmaq üçün piano dərslərinə gedib.[13] 13 yaşında o, məktəbdə keçirilən istedad müsabiqəsində "The Christmas Song" mahnısını oxumuş və qalib gəlmişdir.[14] 14 yaşında ikən o, ölkənin məşhur istedad müsabiqəsi olan "America's Got Talent"-də iştirak etmək üçün dinləmələr qatılmış, lakin tələblərə cavab vermədiyi üçün prosesdən uğurla keçə bilməmişdir. O, 14–15 yaşlarında kaver ifalarını YouTube-a yerləşdirərək səsyazma şirkətlərinin diqqətini çəkib.[15][16] Yeniyetmə yaşlarında öz mahnılarını yazmağa başlayıb. Orta məktəbi vaxtından bir il tez bitirib.[17] Bütün diqqətini musiqi karyerasına yönəltdiyi üçün balo və məzuniyyət mərasimi kimi hadisələri əldən verib.[18]
Şəxsi həyatı
redaktəÇappel Ron lezbiyandır və hazırda Los-Ancelesdə yaşayır.[19] Deyir ki, "Chappel Roan" onun draq personasıdır. O, özünü Hanna Montanaya bənzədir, hansı ki, ikili şəxsiyyətə sahibdir və gündüzlər adi yeniyetmə, gecələr isə məşhur pop ulduzu olan uydurma obrazdır.[20][21] O, bildirir ki, "Chappell Roan" seks mövzusuna gəldikdə daha açıq və inamlıdır.[12][22][23] Çapel Ron "kuirlərin pop ikonu" hesab edilir.
Diskoqrafiya
redaktəStudiya albomları
Mini-albomlar
- School Nights (2017)
İstinadlar
redaktə- ↑ 1 2 https://www.glamourmagazine.co.uk/article/who-is-chappell-roan.
- ↑ https://eu.news-leader.com/story/entertainment/2017/08/17/chappell-roan-singer-willard-she-just-made-big-time/548315001/.
- ↑ https://www.vanityfair.com/style/2023/09/chappell-roan-on-making-pop-music-and-giving-back.
- ↑ https://cherwell.org/2022/08/12/slumber-party-pop-a-new-authenticity-with-chappell-roan/.
- ↑ Paz, Keylee. "Chappell Roan Celebrates Birthday with a Euphoric Performance at Bronze Peacock in Houston". Coog Radio (ingilis). 2023-02-21. April 24, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
- ↑ Alter, Rebecca. "Sorry But the Song of Summer 2021 Is This Stripper's Delight From Summer 2020". Vulture (ingilis). May 27, 2021. May 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2021.
- ↑ D'Souza, Shaad. "Chappell Roan, pop's next big thing: 'I grew up thinking being gay was a sin'". The Guardian (ingilis). 2023-12-29. ISSN 0261-3077. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
- ↑ Richards, Megan. "Chappell Roan Talks Boston Show, Debut Album, and More". Five Cent Sound (ingilis). 2023-11-03. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ Caruso, Skyler. "All About Chappell Roan's Parents, Dwight and Kara Amstutz". People. 11 June 2024. 12 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2024.
- ↑ "Chappell Roan: how an unforgettable night at a gay club led to Pink Pony Club". headlinermagazine.net. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "Chappell Roan doesn't care if she's going to hell". Washington Post (ingilis). 2023-10-14. October 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ 1 2 Sherman, Maria. "A conversation with Chappell Roan, the yodeling, queer pop icon of tomorrow". apnews.com (ingilis). Associated Press. 2023-10-03. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ Lindsay, Kathryn. "The Drop: Exclusive Music Video Premiere For Chappell Roan's "Die Young"". Refinery29 (ingilis). January 3, 2018. October 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2021.
- ↑ Roan, Chappell. "Today I got to perform "The Christmas Song" at the Willard Middle School talent show, just like I did in 2011. That was the first time I ever sang out..." facebook.com. March 30, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2024.
- ↑ Kato, Brooke. "Chappell Roan to show off evolving sound at The Lost Horizon". The Daily Orange (ingilis). February 20, 2018. February 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2021.
- ↑ Holman, Gregory J. "Chappell Roan is a singer from Willard. She just made the big time". Springfield News-Leader (ingilis). August 17, 2017. December 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2021.
- ↑ Yohn, Madison. "We Sat Down With Chappell Roan, A Springfield Native Turned Pop Artist". springfieldmo.org (ingilis). Springfield Missouri Convention & Visitors Bureau. 2023-02-17. April 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ Spanos, Brittany. "Chappell Roan Is the Independent 'Thrift Store Pop Star' Ready to Take Over the World". Rolling Stone (ingilis). October 27, 2022. March 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2023.
- ↑ "x.com". X (formerly Twitter). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ Wheeler, Sage. "Chappell Roan: The 'Kaleidoscope' interview". Daily Trojan (ingilis). 2023-03-30. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ Alter, Rebecca. "Chappell Roan Just Wants to Be Hannah Montana". Vulture (ingilis). 2023-08-02. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
- ↑ "Chappell Roan on Audience Participation, Playing a Character and Being Horny". Polyesterzine.com (ingilis). April 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ Dodson, P. Claire. "Underneath Chappell Roan's Hannah Montana Wig? A Pop Star for the Ages". Teen Vogue (ingilis). 2023-03-09. April 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.