Carli Uayt - Wikipedia
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub.
Çarli Vayt | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Charlie White | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Çarli Allen Vayt Jr. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 24 oktyabr 1987 (37 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Miçiqan Universiteti | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 175 sm. (5 ft 10 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub.
Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.
Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb.
Həyatı
redaktəÇarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub.
Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı. Əvvəlcə fərdi yarışlarda məşq edən Çarli Vayt, daha sonra məşqçilərin məsləhəti ilə buzüstü rəqs yarışlarda çıxış etməyə başladı. 1997-ci ildən Meril Devis ilə məşq etməyə başlayan Çarli Vayt, onunla birgə 2002-ci ildən beynəlxalq səviyyədə baş tutan yarışlarda mübarizə apardı.
Çarli Vayt 2015-ci il aprelin 25-də Turin Olimpiadasının gümüş medalçısı olan Tanir Belbin ilə ailə həyatı qurdu.
Karyerası
redaktə2006–2007-ci illər mövsümü: Dünya Çempionatlarında debüt
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2006-cı ilin 2–5 noyabrında Kanadanın Britaniya Kolumbiyası əyalətində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində mübarizə apardı.[1] Məcburi rəqsdə 25.54 balla 8-ci, orijinal rəqsdə 52.30 balla 3-cü, sərbəst rəqsdə isə 84.84 balla 4-cü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 162.68 balla 11 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[1][2][3][4]
Bir ay sonra isə Devis və Vayt cütlüyü, Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Yaponiya mərhələsində (NHK Trophy) mübarizə apardı.[5] Məcburi rəqsdə 30.98 balla, orijinal rəqsdə 52.86 balla, sərbəst rəqsdə isə 86.66 balla dördüncü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 170.50 balla 11 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[5][6][7][8] Mövsüm ərzində Kanada və Yaponiya Qran-Prilərində medala sahib ola bilməyən Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2007-ci ilin 20–28 yanvarında Vaşinqton ştatında baş tutan ABŞ Çempionatında mübarizə apardı. Məcburi rəqsdə 36.18 balla 2-ci, orijinal rəqsdə 54.72 balla 4-cü, sərbəst rəqsdə isə 94.22 balla 3-cü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 185.12 balla 12 idmançı sırasında üçüncü pillənin sahibi oldu və ABŞ Çempionatının bürünc medalını qazandı. Bununla da Devis və Vayt cütlüyü, mart ayında Yaponiyada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2007-ci ilin 6–10 fevralında Vaşinqton ştatının ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 33.68 balla üçüncü, orijinal rəqsdə 54.66 balla dördüncü, sərbəst rəqsdə isə 92.36 balla beşinci pillənin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 180.70 balla Dörd Qitə Çempionatını dördüncü pillədə başa vurdu.
2006–2007-ci illər mövsümünün əsas yarışı – 20–25 martda Yaponiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[9] Dünya Çempionatlarında debüt edən Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 32.15 balla 10-cu, orijinal rəqsdə 55.82 balla 8-ci, sərbəst rəqsdə isə 92.18 balla 7-ci pillənin sahibi oldu.[10][11][12] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 180.15 balla Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[9]
2007–2008-ci illər mövsümü: Dörd Qitə Çempionatında uğur
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2007–2008-ci illər mövsümündə ABŞ və Fransa Qran-Prilərində mübarizə apardı. Birləşmiş Ştatların Pensilvaniya ştatının Ridinq şəhərində baş tutan ISU Qran-Pri yarışının ABŞ mərhələsində Devis və Vayt cütlüyü, məcburi rəqsdə 30.16 balla beşinci, orijinal rəqsdə 52.84 balla dördüncü, sərbəst rəqsdə isə 85.80 balla dördüncü pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 168.80 balla 10 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[13][14][15][16]
15–18 noyabrda isə Devis və Vayt cütlüyü, Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsində (Trophee Eric Bompard) mübarizə apardı.[17] Məcburi rəqsdə 32.74 balla üçüncü, orijinal rəqsdə 55.26 balla üçüncü, sərbəst rəqsdə isə 90.22 balla üçüncü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.22 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Fransa Qran-Prisinin bürünc medalını qazandı.[17][18][19][20] Mövsüm ərzində ABŞ və Fransa Qran-Prilərində dördüncü və üçüncü pillələrin sahibi olan Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2008-ci ilin 20–28 yanvarında Minnesota ştatının Sent Pol şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. Ötən il ABŞ Çempionatının bürünc medalına sahib olan Devis və Vayt cütlüyü, məcburi rəqsdə 40.60 balla, orijinal rəqsdə 62.70 balla, sərbəst rəqsdə isə 105.54 balla 2-ci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 208.84 balla 2-ci pillənin sahibi oldu və ABŞ Çempionatının gümüş medalını qazandı. Bununla da Devis və Vayt cütlüyü, mart ayında İsveçdə baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2008-ci ilin 10–18 fevralında Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 38.36 balla, orijinal rəqsdə 62.94 balla, sərbəst rəqsdə isə 101.16 balla 2-ci pillələrin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 202.46 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.
2006–2007-ci illər mövsümünün əsas yarışı – 16–24 martda İsveçin Göteborq şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 35.80 balla yeddinci, orijinal rəqsdə 60.36 balla yeddinci, sərbəst rəqsdə isə 96.04 balla altıncı pillənin sahibi oldu.[21][22][23] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 192.20 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[24]
2008–2009-cu illər mövsümü: ISU Qran-Pri Finalında bürünc medal
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2008–2009-cu illər mövsümündə Kanada və Rusiya Qran-Prilərində mübarizə apardı. 1–2 noyabrda Kanadanın Ontario əyalətinin Ottava şəhərində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində Devis və Vayt cütlüyü, məcburi rəqsdə 30.30 balla, orijinal rəqsdə 56.36 balla, sərbəst rəqsdə isə 88.24 balla birinci pillənin sahibi oldu.[25][26][27] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.90 balla 8 idmançı sırasında birinci pillənin sahibi oldu və Kanada Qran-Prisinin qalibi oldu.[28]
20–24 noyabrda isə Devis və Vayt cütlüyü, Rusiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində (Cup of Russia) mübarizə apardı. Məcburi rəqsdə 35.78 balla 3-cü, orijinal rəqsdə 44.68 balla 8-ci, sərbəst rəqsdə isə 92.16 balla 2-ci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 172.62 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Rusiya Qran-Prisinin bürünc medalını qazandı.[29][30][31][32] Mövsüm ərzində Kanada və Rusiya Qran-Prilərində qızıl və bürünc medallara sahibi olan Devis və Vayt cütlüyü, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.
ISU Qran-Pri Finalı Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində baş tutdu. Devis və Vayt cütlüyü, orijinal rəqsdə 55.90 balla beşinci pillənin, sərbəst proqramda isə 92.15 balla üçüncü pillənin sahibi oldu.[33][34] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 148.05 balla ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu.[35]
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2009-cu ilin 18–25 yanvarında Ohayo ştatının Klivlend şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2007-ci ildə bürünc, 2008-ci ildə isə gümüş medalın sahibi olan Devis və Vayt cütlüyü, bu səfər məcburi rəqsdə 40.94 balla, orijinal rəqsdə 62.94 balla, sərbəst rəqsdə isə 100.82 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 204.70 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və birinci dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də mart ayında Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2008-ci ilin 2–8 fevralında Kanadanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 35.24 balla 2-ci, orijinal rəqsdə 60.42 balla 2-ci, sərbəst rəqsdə isə 96.74 balla birinci pillələrin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 192.40 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.
2008–2009-cu illər mövsümünün əsas yarışı – 22–30 martda Birləşmiş Ştatların Kaliforniya ştatının Los-Anceles şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 37.74 balla dördüncü, orijinal rəqsdə 62.60 balla üçüncü, sərbəst rəqsdə isə 100.04 balla üçüncü pillənin sahibi oldu.[36][37][38] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 200.38 balla Dünya Çempionatını dördüncü pillədə başa vurdu.[39]
2009–2010-cu illər mövsümü: Olimpiya Oyunlarında debüt
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2009–2010-cu illər mövsümünün əvvəlində Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı. Məcburi rəqsdə 37.62 balla, orijinal rəqsdə 62.08 balla, sərbəst rəqsdə isə 100.76 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 200.46 balla "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.[40][41][42][43]
Meril Devis və Çarli Vayt cütlüyü, 2009–2010-cu illər mövsümündə Rusiya və Yaponiya Qran-Prilərində mübarizə apardı. Rusiyada baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində (Rostelecom Cup) Devis və Vayt cütlüyü, məcburi rəqsdə 38.88 balla, orijinal rəqsdə 62.22 balla, sərbəst rəqsdə isə 101.02 balla birinci pillənin sahibi oldu.[44][45][46] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 202.12 balla birinci pillənin sahibi oldu və Rusiya Qran-Prisinin qalibi oldu.[47]
5–8 noyabrda isə Devis və Vayt cütlüyü, Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Yaponiya mərhələsində (NHK Trophy) mübarizə apardı. Məcburi rəqsdə 38.10 balla, orijinal rəqsdə 64.10 balla, sərbəst rəqsdə isə 101.80 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 204.00 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və Yaponiya Qran-Prisinin də qızıl medalını qazandı.[48][49][50][51] Mövsüm ərzində Rusiya və Yaponiya Qran-Prilərində qızıl medallara sahibi olan Devis və Vayt cütlüyü, növbəti dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.
ISU Qran-Pri Finalı Yaponiyanın ev sahibliyində baş tutdu. Devis və Vayt cütlüyü, orijinal rəqsdə 65.80 balla 1-ci pillənin, sərbəst proqramda isə 104.64 balla 2-ci pillənin sahibi oldu.[52][53] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 170.44 balla ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[54]
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ilin 14–24 yanvarında Vaşinqton ştatında baş tutan ABŞ Çempionatında mübarizə apardı. Ötən ilin ABŞ Çempionatının qalibi olan Devis və Vayt cütlüyü, bu səfər məcburi rəqsdə 45.42 balla, orijinal rəqsdə 68.12 balla, sərbəst rəqsdə isə 108.76 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 222.30 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də fevral ayında Kanadada baş tutan Olimpiya Oyunlarına və mart ayında İtaliyada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2010-cu il Olimpiadası
redaktə2010-cu ilin 12–28 fevralında Kanadanın ev sahibliyində XXI Qış Olimpiya Oyunları baş tutdu.[55] Mövsüm ərzində Rusiya və Yaponiya Qran-Prilərinin, habelə ISU Qran-Pri Finalının qalibi olan Meril Devis və Çarli Vayt cütlüyü, Olimpiadanın medallarına iddialı idi. Fevralın 20-də baş tutan məcburi rəqsdə Devis və Vayt cütlüyü, 42.48 balla üçüncü pillənin sahibi oldu.[56] 1-ci pillənin sahibi Rusiyalı Domnina və Şabalin cütlüyü, 2-ci pilləni sahibi isə Kanadalı Vertyu və Moir cütlüyü oldu.[56] Bir gün sonra baş tutan orijinal rəqsdə isə Devis və Vayt cütlüyü, 68.08 balla 2-ci pillənin sahibi oldu.[57] Bu səfər birinci pilləyə Vertyu və Moir cütlüyü, üçüncü pilləyə isə Domnina və Şabalin cütlüyü sahib oldu.[57] Fevralın 22-də sərbəst rəqs baş tutdu.[58] Devis və Vayt cütlüyü, bu rəqsdə də inamla mübarizə apardı və 108.20 balla 2-ci pillənin sahibi oldu.[58] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 218.76 balla XXI Qış Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[55] Qızıl medalı Kanada nümayəndələri Vertyu və Moir cütlütü, bürünc medalı isə Rusiya təmsilçiləri Domnina və Şabalin cütlüyü qazandı.[55]
Olimpiya Oyunlarından sonra Meril Devis və Çarli Vayt cütlüyü, 22–28 martda İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə apardı. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 44.25 balla 2-ci, orijinal rəqsdə 70.30 balla 2-ci, sərbəst rəqsdə isə 110.50 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 225.05 balla Dünya Çempionatının gümüş medalına sahib oldu.[59][60][61][62]
2010–2011-ci illər mövsümü: Qran-Pri Finalı və Dünya çempionluğu
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2010–2011-ci illər mövsümündə ISU Qran-Pri yarışının Yaponiya və ABŞ mərhələlərində mübarizə apardı. Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan Yaponiya Qran-Prisində (NHK Trophy) Devis və Vayt cütlüyü, qısa proqramda 66.98 balla, sərbəst proqramda isə 98.24 balla birinci pillənin sahibi oldu.[63][64] Bu minvalla Devis və Vayt cütlüyü, ümumi nəticədə 165.22 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və Yaponiya Qran-Prisinin qalibi oldu.[65]
10–14 noyabrda isə Birləşmiş Ştatların Oreqon ştatının Portlend şəhərində ABŞ Qran-Prisi baş tutdu. Bu səfər də Devis və Vayt cütlüyü, uğurla mübarizə apardı və qısa proqramda 64.62 balla, sərbəst proqramda isə 94.06 balla birinci pillənin sahibi oldu.[66][67] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 158.68 balla birinci pillənin sahibi oldu və ABŞ Qran-Prisinin qızıl medalını qazandı.[68] Mövsüm ərzində Yaponiya və ABŞ Qran-Prilərinin qalibi olan Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Çinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalının əsas favoritləri Fransa nümayəndələri Peşala və Burza cütlüyü, Kanada təmsilçiləri Kron və Puarye cütlüyü, habelə Devis və Vayt cütlüyü idi. Qısa proqramda 68.64 balla, sərbəst proqramda isə 102.94 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 171.58 balla birinci pillənin sahibi oldu.[69][70][71] Bu minvalla da Devis və Vayt cütlüyü, növbəti dəfə ISU Qran-Pri Finalının qalibi oldu.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2011-ci ilin 22–30 yanvarında Şimali Karolina ştatının Qrinsboro şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2009 və 2010-cu illərdə ABŞ Çempionatının qalibi olan Devis və Vayt cütlüyü, bu səfər qısa proqramda 76.04 balla, sərbəst proqramda isə 110.44 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 186.48 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və üçüncü dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də aprel ayında Rusiyada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2011-ci ilin 15–20 fevralında Tayvanın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, qısa proqramda 70.02 balla 2-ci, sərbəst proqramda isə 104.02 balla birinci pillənin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 174.04 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.
Mövsümün əsas yarışı – 25 aprel-1 may tarixlərində Rusiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Ötən il Dünya Çempionatının gümüş medalına sahib olan Devis və Vayt cütlüyü, bu səfər Dünya çempionu olmağa iddialı idi. Qısa proqramda 74.76 balla 2-ci pillənin sahibi olan Devis və Vayt cütlüyü, sərbəst proqramda 111.52 balla birinci pillənin sahib oldu.[72][73] Bu minvalla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 186.28 balla birinci pillənin sahibi oldu və birinci dəfə Dünya Çempionatının qızıl medalını qazandı.[74]
2011–2012-ci illər mövsümü: Üçüncü dəfə Qran-Pri Finalının çempionluğu
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2011–2012-ci illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində mübarizə apardı. Birləşmiş Ştatların Kaliforniya ştatının Ontario şəhərinin ev sahibliyində baş tutan ABŞ Qran-Prisində Devis və Vayt cütlüyü, qısa proqramda 70.34 balla, sərbəst proqramda isə 111.74 balla birinci pillənin sahibi oldu.[75][76] Bu minvalla Devis və Vayt cütlüyü, ümumi nəticədə 182.08 balla 8 idmançı sırasında birinci pillənin sahibi oldu və ABŞ Qran-Prisinin qalibi oldu.[77]
24–28 noyabrda isə Rusiyada Rusiya Qran-Prisi (Rostelecom Cup) baş tutdu. Bu səfər də Devis və Vayt cütlüyü, uğurla mübarizə apardı və qısa proqramda 70.94 balla, sərbəst proqramda isə 111.12 balla birinci pillənin sahibi oldu.[78][79] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 182.06 balla birinci pillənin sahibi oldu və Rusiya Qran-Prisinin qızıl medalını qazandı.[80] Mövsüm ərzində ABŞ və Rusiya Qran-Prilərinin qalibi olan Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Kanadanın ev sahibliyində baş tutan ISU Qran-Pri Finalının əsas favoritləri Kanada nümayəndələri Vertyu və Moir cütlüyü, ABŞ təmsilçiləri olan Şibutani cütlüyü, habelə Devis və Vayt cütlüyü idi. Qısa proqramda 76.18 balla birinci, sərbəst proqramda isə 112.38 balla 2-ci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 188.56 balla birinci pillənin sahibi oldu.[81][82][83] Bu minvalla da Devis və Vayt cütlüyü, üçüncü dəfə ISU Qran-Pri Finalının qalibi oldu.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2012-ci ilin 22–30 yanvarında Kaliforniya ştatının San Xose şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2009–2011-ci illərdə ABŞ Çempionatının qalibi olan Devis və Vayt cütlüyü, bu səfər qısa proqramda 76.90 balla, sərbəst proqramda isə 115.65 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 192.55 balla 14 idmançı sırasında birinci pillənin sahibi oldu və dördüncü dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də mart ayında Fransada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2012-ci ilin 6–12 fevralında Kolorado Sprinqs şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, qısa proqramda 72.15 balla birinci, sərbəst proqramda isə 108.25 balla 2-ci pillənin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 180.40 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.
Mövsümün əsas yarışı – 25 mart-1 aprel tarixlərində Fransanın Nitsa şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Ötən il Dünya Çempionatının qızıl medalına sahib olan Devis və Vayt cütlüyü, bu səfər də Dünya çempionu olmağa iddialı idi. Qısa proqramda 70.98 balla 2-ci pillənin sahibi olan Devis və Vayt cütlüyü, sərbəst proqramda da 107.64 balla 2-ci pillənin sahib oldu.[84][85] Bu minvalla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.62 balla birinci 2-ci sahibi oldu və birinci dəfə Dünya Çempionatının gümüş medalını qazandı.[86] Dünya Çempionatının qalibi isə Kanada nümayəndələri Vertyu və Moir cütlüyü oldu.
2012–2013-cü illər mövsümü: Növbəti dəfə Dünya çempionluğu
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2012–2013-cü illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Yaponiya mərhələlərində mübarizə apardı. Birləşmiş Ştatların Vaşinqton ştatının Kent şəhərinin ev sahibliyində baş tutan ABŞ Qran-Prisində Devis və Vayt cütlüyü, qısa proqramda 72.40 balla, sərbəst proqramda isə 105.90 balla birinci pillənin sahibi oldu.[87][88] Bu minvalla Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.30 balla 7 idmançı sırasında birinci pillənin sahibi oldu və ABŞ Qran-Prisinin qalibi oldu.[89]
22–25 noyabrda isə Yaponiyanın Miyaqi şəhərində Yaponiya Qran-Prisi (NHK Trophy) baş tutdu. Bu səfər də Devis və Vayt cütlüyü, uğurla mübarizə apardı və qısa proqramda 70.82 balla, sərbəst proqramda isə 110.62 balla birinci pillənin sahibi oldu.[90][91] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 181.48 balla birinci pillənin sahibi oldu və Yaponiya Qran-Prisinin qızıl medalını qazandı.[92] Mövsüm ərzində ABŞ və Yaponiya Qran-Prilərinin qalibi olan Devis və Vayt cütlüyü, beşinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalının əsas favoritləri Kanada təmsilçiləri Vertyu və Moir cütlüyü, Fransa nümayəndələri Peşala və Burza cütlüyü, habelə Devis və Vayt cütlüyü idi. Qısa proqramda 74.20 balla, sərbəst proqramda isə 110.20 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 184.40 balla birinci pillənin sahibi oldu.[93][94][95] Bu minvalla da Devis və Vayt cütlüyü, dördüncü dəfə ISU Qran-Pri Finalının qalibi oldu.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2013-cü ilin 20–28 yanvarında Omaha şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2009–2012-ci illərdə ABŞ Çempionatının qalibi olan Devis və Vayt cütlüyü, bu səfər qısa proqramda 80.02 balla, sərbəst proqramda isə 118.42 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 198.44 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və beşinci dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də mart ayında Kanadada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.
2012-ci ilin 6–11 fevralında Yaponiyanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, qısa proqramda 75.68 balla 2-ci, sərbəst proqramda isə 112.68 balla birinci pillənin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 188.36 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.
Mövsümün əsas yarışı – 10–18 martda Kanadanın Ontario əyalətinin London şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Ötən il Dünya Çempionatının gümüş medalına sahib olan Devis və Vayt cütlüyü, bu səfər yenidən Dünya çempionu olmağa iddialı idi. Qısa proqramda 78.12 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, sərbəst proqramda 112.44 balla birinci pillənin sahib oldu.[96][97] Bu minvalla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 190.56 balla birinci pillənin sahibi oldu və 2011-ci ildən sonra növbəti dəfə Dünya Çempionatının qızıl medalını qazandı.[98]
2013–2014-cü illər mövsümü: Soçi Olimpiadasında zəfər
redaktəMeril Devis və Çarli Vayt cütlüyü, 2013–2014-cü illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Yaponiya mərhələlərində mübarizə apardı. Birləşmiş Ştatların Miçiqan ştatının Detroyt şəhərinin ev sahibliyində baş tutan ABŞ Qran-Prisində Devis və Vayt cütlüyü, qısa proqramda 75.70 balla, sərbəst proqramda isə 112.54 balla birinci pillənin sahibi oldu.[99][100] Bu minvalla Devis və Vayt cütlüyü, ümumi nəticədə 188.24 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və ABŞ Qran-Prisinin qalibi oldu.[101]
8–10 noyabrda isə Yaponiyada baş tutan Yaponiya Qran-Prisi (NHK Trophy) baş tutdu. Bu səfər də Devis və Vayt cütlüyü, uğurla mübarizə apardı və qısa proqramda 75.70 balla, sərbəst proqramda isə 112.95 balla birinci pillənin sahibi oldu.[102][103] Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 188.65 balla birinci pillənin sahibi oldu və Yaponiya Qran-Prisinin qızıl medalını qazandı.[104] Mövsüm ərzində ABŞ və Yaponiya Qran-Prilərinin qalibi olan Devis və Vayt cütlüyü, altıncı dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Yaponiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri Finalının əsas favoritləri Kanada təmsilçiləri Vertyu və Moir cütlüyü, Fransa nümayəndələri Peşala və Burza cütlüyü, habelə Devis və Vayt cütlüyü idi. Qısa proqramda 77.66 balla, sərbəst proqramda isə 114.70 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 192.36 balla birinci pillənin sahibi oldu.[105][106][107] Bu minvalla da Devis və Vayt cütlüyü, beşinci dəfə ISU Qran-Pri Finalının qalibi oldu.
Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2014-cü ilin 5–12 yanvarında Massaçusets ştatının Boston şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2009–2013-cü illərdə ABŞ Çempionatının qalibi olan Devis və Vayt cütlüyü, bu səfər qısa proqramda 80.70 balla, sərbəst proqramda isə 124.50 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 205.20 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və altıncı dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də fevral ayında Rusiyada baş tutan Olimpiya Oyunlarına vəsiqə qazandı.
2014-cü ilin Olimpiadası
redaktə2014-cü ilin 6–24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu. Mövsüm ərzində ISU Qran-Pri Finalının və ABŞ Çempionatının qızıl medalına sahib olan Meril Devis və Çarli Vayt cütlüyü, Soçu Olimpiadasında mübarizə aparacaq ABŞ yığmasının heyətinə cəlb edildi. Komandaların yarışı 6–10 fevralda, fərdi idmançıların yarışı isə 16–18 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Aysberq" Buz İdman Sarayında baş tutdu.
Fevralın 6-da baş tutan yarışda Ceremi Abbot mübarizə apardı və 10 idmançı sırasında yeddinci pillənin sahibi oldu.[108] Bununla da o, ABŞ yığmasına 4 bal qazandırdı.[108] Həmin gün cütlərin yarışında mübarizə aparan Marissa Kastelli və Saymon Şnapir cütlüyü isə beşinci pillənin sahibi oldu və ABŞ yığmasına 6 bal qazandırdı.[108] Fevralın 8-də baş tutan yarışda isə Meril Devis və Çarli Vayt cütlüyü mübarizə apardı və 75.09 balla birinci pillənin sahibi oldu.[108] Həmin gün qadınların yarışında mübarizə aparan Eşli Vaqner isə 64.10 balla dördüncü pillənin sahibi oldu və ABŞ yığmasına 7 bal qazandırdı.[108] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[108] Həmin proqramdan sonra ABŞ yığması 27 balla üçüncü pillədə idi.[108] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi.[108] ABŞ yığması cənabların yarışında mübarizə aparan Ceremi Abbotu Cason Brouna, xanımların yarışında mübarizə aparan Eşli Vaqneri isə Qresi Qolda əvəz etdi.[108]
Sərbəst proqram fevralın 8-də və 9-də baş tutdu.[108] Fevralın 8-də cütlərin yarışında çıxış edən Marissa Kastelli və Saymon Şnapir cütlüyü mübarizə apardılar və dördüncü pillənin sahibi oldular.[108] Bununla da onlar, ABŞ yığmasına 7 bal qazandırdı.[108] Fevralın 9-da isə daha üç yarış üzrə mübarizə aparıldı.[108] Kişilərin yarışında çıxış edən Cason Broun dördüncü pillənin sahibi oldu və ABŞ yığmasına 7 bal qazandırdı.[108] Daha sonra isə "Aysberq" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar. Qresi Qold, çıxışını ciddi səhv olmadan başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 130.38 balla qiymətləndirildi.[108] O, bu nəticəyə əsasən 2-ci pillənin sahibi oldu və o, ABŞ yığmasına 9 bal qazandırdı.[108] Sonda isə buzüstü rəqs yarışında çıxış edən Meril Devis və Çarli Vayt cütlüyü mübarizə apardılar və 114.34 balla birinci pillənin sahibi oldular.[108] Bununla da onlar, ABŞ yığmasına 10 bal qazandırdı.[108] Ümumi nəticədə isə 60 balla ABŞ yığması üçüncü pillənin sahibi oldu və Soçi Olimpiadasının bürünc medallarına sahib oldu.[108]
Komanda yarışlarından sonra isə Soçi Olimpiadasında fərdi idmançıların yarışı baş tutdu. Fevralın 16-da qısa proqramda Meril Devis və Çarli Vayt cütlüyü, 78.90 balla birinci pillənin sahibi oldu.[109] Fevralın 17-də baş tutan sərbəst proqramda isə Meril Devis və Çarli Vayt cütlüyü, 116.64 balla növbəti dəfə birinci pillənin sahibi oldu.[110] Bu minvalla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 195.54 balla 24 idmançı sırasında XXII Qış Olimpiya Oyunlarını birinci pillədə başa vurdu və Soçi Olimpiadasının qızıl medalına sahib oldu.[111]
Soçi Olimpiadasından sonra Meril Devis və Çarli Vayt cütlüyü idmanla vidalaşdı.
Kompozisiyaları
redaktə
| |||
|
| ||
|
| ||
|
|
Uğurları
redaktəKaryerası ərzində 12 mövsümdə mübarizə aparan Meril Devis və Çarli Vayt cütlüyü, 31 qızıl, 9 gümüş və 8 bürünc medala sahib olub.
Nəticələri
redaktə22.10.2010 24.10.2010 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
10.11.2010 14.11.2010 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
08.12.2010 12.12.2010 |
ISU Qran-Pri Finalı | Çin | |||||||
22.01.2011 30.01.2011 |
ABŞ Çempionatı | ABŞ | |||||||
15.02.2011 20.02.2011 |
Dörd Qitə Çempionatı | Tayvan | |||||||
24.04.2011 01.05.2011 |
Dünya Çempionatı | Rusiya | |||||||
20.10.2011 24.10.2011 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
25.11.2011 28.11.2011 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
08.12.2011 12.12.2011 |
ISU Qran-Pri Finalı | Kanada | |||||||
22.01.2012 30.01.2012 |
ABŞ Çempionatı | ABŞ | |||||||
06.02.2012 12.02.2012 |
Dörd Qitə Çempionatı | ABŞ | |||||||
26.03.2012 01.04.2012 |
Dünya Çempionatı | Fransa | |||||||
18.10.2012 22.10.2012 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
22.11.2012 25.11.2012 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
06.12.2012 10.12.2012 |
ISU Qran-Pri Finalı | Rusiya | |||||||
20.01.2013 28.01.2013 |
ABŞ Çempionatı | ABŞ | |||||||
06.02.2013 12.02.2013 |
Dörd Qitə Çempionatı | Yaponiya | |||||||
10.03.2013 18.03.2013 |
Dünya Çempionatı | Kanada | |||||||
18.10.2013 22.10.2013 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
08.11.2013 10.11.2013 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
05.12.2013 08.12.2013 |
ISU Qran-Pri Finalı | Yaponiya | |||||||
05.01.2014 12.01.2014 |
ABŞ Çempionatı | ABŞ | |||||||
06.02.2014 10.02.2014 |
Olimpiya Oyunları | Rusiya | |||||||
20.02.2014 22.02.2014 |
Olimpiya Oyunları | Rusiya |
Mənbələr
redaktəKeçidlər
redaktə- Çarli Vaytın Commonsda olan mediafaylları
- Çarli Vaytın rəsmi Instagram səhifəsi
İstinadlar
redaktə- ↑ 1 2 "ISU Grand Prix Canada, 2006 / Ice Dance / Results" ( (ing.)). 05.11.2006. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2006 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 05.11.2006. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2006 / Ice Dance / Original Dance" ( (ing.)). 05.11.2006. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2006 / Ice Dance / Free Dance" ( (ing.)). 05.11.2006. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Grand Prix Japan, 2006 / Ice Dance / Results" ( (ing.)). 04.12.2006. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2006 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 04.12.2006. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2006 / Ice Dance / Original Dance" ( (ing.)). 04.12.2006. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2006 / Ice Dance / Free Dance" ( (ing.)). 04.12.2006. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU World Championships, 2007 / Ice Dance / Results" ( (ing.)). 25.03.2007. 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2007 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 25.03.2007. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2007 / Ice Dance / Original Dance" ( (ing.)). 25.03.2007. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2007 / Ice Dance / Free Dance" ( (ing.)). 25.03.2007. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2007 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 28.10.2007. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2007 / Ice Dance / Original Dance" ( (ing.)). 28.10.2007. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2007 / Ice Dance / Free Dance" ( (ing.)). 28.10.2007. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2007 / Ice Dance / Results" ( (ing.)). 28.10.2007. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Grand Prix France, 2007 / Ice Dance / Results" ( (ing.)). 18.11.2007. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix France, 2007 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 18.11.2007. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix France, 2007 / Ice Dance / Original Dance" ( (ing.)). 18.11.2007. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix France, 2007 / Ice Dance / Free Dance" ( (ing.)). 18.11.2007. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2008 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 26.03.2008. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2008 / Ice Dance / Original Dance" ( (ing.)). 26.03.2008. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2008 / Ice Dance / Free Dance" ( (ing.)). 26.03.2008. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2008 / Ice Dance / Results" ( (ing.)). 26.03.2008. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2008 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 02.11.2008. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2008 / Ice Dance / Original Dance" ( (ing.)). 02.11.2008. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2008 / Ice Dance / Free Dance" ( (ing.)). 02.11.2008. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Canada, 2008 / Ice Dance / Results" ( (ing.)). 02.11.2008. 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2008 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 24.11.2008. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2008 / Ice Dance / Original Dance" ( (ing.)). 24.11.2008. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2008 / Ice Dance / Free Dance" ( (ing.)). 24.11.2008. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2008 / Ice Dance / Results" ( (ing.)). 24.11.2008. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2008 / Ice Dance / Original Dance" ( (ing.)). 14.12.2008. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2008 / Ice Dance / Free Dance" ( (ing.)). 14.12.2008. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2008 / Ice Dance / Results" ( (ing.)). 14.12.2008. 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2009 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 30.03.2009. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2009 / Ice Dance / Original Dance" ( (ing.)). 30.03.2009. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2009 / Ice Dance / Free Dance" ( (ing.)). 30.03.2009. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2009 / Ice Dance / Results" ( (ing.)). 30.03.2009. 2017-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Nebelhorn Trophy, 2009 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 26.09.2009. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Nebelhorn Trophy, 2009 / Ice Dance / Original Dance" ( (ing.)). 26.09.2009. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Nebelhorn Trophy, 2009 / Ice Dance / Free Dance" ( (ing.)). 26.09.2009. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Nebelhorn Trophy, 2009 / Ice Dance / Results" ( (ing.)). 26.09.2009. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2009 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 25.10.2009. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2009 / Ice Dance / Original Dance" ( (ing.)). 25.10.2009. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2009 / Ice Dance / Free Dance" ( (ing.)). 25.10.2009. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2009 / Ice Dance / Results" ( (ing.)). 25.10.2009. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2009 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 08.11.2009. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2009 / Ice Dance / Original Dance" ( (ing.)). 08.11.2009. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2009 / Ice Dance / Free Dance" ( (ing.)). 08.11.2009. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2009 / Ice Dance / Results" ( (ing.)). 08.11.2009. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2009 / Ice Dance / Original Dance" ( (ing.)). 06.12.2009. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2009 / Ice Dance / Free Dance" ( (ing.)). 06.12.2009. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2009 / Ice Dance / Results" ( (ing.)). 06.12.2009. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 "XXI Olympic Winter Games, 2010 / Ice Dance / Results" ( (ing.)). 28.02.2010. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "XXI Olympic Winter Games, 2010 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 28.02.2010. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "XXI Olympic Winter Games, 2010 / Ice Dance / Original Dance" ( (ing.)). 28.02.2010. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "XXI Olympic Winter Games, 2010 / Ice Dance / Free Dance" ( (ing.)). 28.02.2010. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2010 / Ice Dance / Compulsory Dance" ( (ing.)). 26.03.2010. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2010 / Ice Dance / Original Dance" ( (ing.)). 26.03.2010. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2010 / Ice Dance / Free Dance" ( (ing.)). 26.03.2010. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2010 / Ice Dance / Results" ( (ing.)). 26.03.2010. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2010 / Ice Dance / Short program" ( (ing.)). 24.10.2010. 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2010 / Ice Dance / Free program" ( (ing.)). 24.10.2010. 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2010 / Ice Dance / Results" ( (ing.)). 24.10.2010. 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2010 / Ice Dance / Short program" ( (ing.)). 14.11.2010. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2010 / Ice Dance / Free program" ( (ing.)). 14.11.2010. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2010 / Ice Dance / Results" ( (ing.)). 14.11.2010. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2010 / Ice Dance / Short program" ( (ing.)). 12.12.2010. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2010 / Ice Dance / Free program" ( (ing.)). 12.12.2010. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2010 / Ice Dance / Results" ( (ing.)). 12.12.2010. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2011 / Ice Dance / Short program" ( (ing.)). 01.05.2010. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2011 / Ice Dance / Free program" ( (ing.)). 01.05.2010. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2011 / Ice Dance / Results" ( (ing.)). 01.05.2010. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2011 / Ice Dance / Short program" ( (ing.)). 24.10.2011. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2011 / Ice Dance / Free program" ( (ing.)). 24.10.2011. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2011 / Ice Dance / Results" ( (ing.)). 24.10.2011. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2011 / Ice Dance / Short program" ( (ing.)). 28.11.2011. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2011 / Ice Dance / Free program" ( (ing.)). 28.11.2011. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Russia, 2011 / Ice Dance / Results" ( (ing.)). 28.11.2011. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2011 / Ice Dance / Short program" ( (ing.)). 11.12.2011. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2011 / Ice Dance / Free program" ( (ing.)). 11.12.2011. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2011 / Ice Dance / Results" ( (ing.)). 11.12.2011. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2012 / Ice Dance / Short program" ( (ing.)). 01.04.2011. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2012 / Ice Dance / Free program" ( (ing.)). 01.04.2011. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2012 / Ice Dance / Results" ( (ing.)). 01.04.2011. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2012 / Ice Dance / Short program" ( (ing.)). 22.10.2012. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2012 / Ice Dance / Free program" ( (ing.)). 22.10.2012. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2012 / Ice Dance / Results" ( (ing.)). 22.10.2012. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2012 / Ice Dance / Short program" ( (ing.)). 25.11.2012. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2012 / Ice Dance / Free program" ( (ing.)). 25.11.2012. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2012 / Ice Dance / Results" ( (ing.)). 25.11.2012. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2012 / Ice Dance / Short program" ( (ing.)). 10.12.2012. 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2012 / Ice Dance / Free program" ( (ing.)). 10.12.2012. 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2012 / Ice Dance / Results" ( (ing.)). 10.12.2012. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2013 / Ice Dance / Short program" ( (ing.)). 18.03.2013. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2013 / Ice Dance / Free program" ( (ing.)). 18.03.2013. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Championships, 2013 / Ice Dance / Results" ( (ing.)). 18.03.2013. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2013 / Ice Dance / Free program" ( (ing.)). 20.10.2013. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2013 / Ice Dance / Free program" ( (ing.)). 20.10.2013. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix USA, 2013 / Ice Dance / Free program" ( (ing.)). 20.10.2013. 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2013 / Ice Dance / Free program" ( (ing.)). 10.11.2013. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2013 / Ice Dance / Free program" ( (ing.)). 10.11.2013. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Japan, 2013 / Ice Dance / Free program" ( (ing.)). 10.11.2013. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2013 / Ice Dance / Free program" ( (ing.)). 08.12.2013. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2013 / Ice Dance / Free program" ( (ing.)). 08.12.2013. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand Prix Final, 2013 / Ice Dance / Free program" ( (ing.)). 08.12.2013. 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "XXII Olympic Winter Games, 2014 / Team / Free program" ( (ing.)). 25.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Ice Dance / Free program" ( (ing.)). 25.02.2014. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Ice Dance / Free program" ( (ing.)). 25.02.2014. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Ice Dance / Free program" ( (ing.)). 25.02.2014. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.