Carlz Tilli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çarlz Tilli (27 may 1929[1][2] – 29 aprel 2008[3][1][…], Bronks, Nyu-York ştatı[5][6]) siyasətlə cəmiyyət arasındakı əlaqələr haqqında yazan Amerikalı sosioloq, siyasətçi və tarixçi idi. 1969–1984-cü illərdə Miçiqan Universitetinin tarix, sosiologiya və sosial elmlər üzrə professoru və son olaraq Kolumbiya Universitetinin Sosial Elmlər Cozef L. Battenvayzer professoru idi. O, "21-ci əsrin sosiologiyasının qurucu atası"[6] və "dünyanın ən görkəmli sosioloqlarından və tarixçilərindən"[7] biri kimi təsvir edilmişdir. Ölümündən sonra şərəfinə çox sayda xüsusi jurnal mövzusu, konfrans, mükafat və cənazə lövhələri çıxdı.[8]
Çarlz Tilli | |
---|---|
Doğum tarixi | 27 may 1929[1][2] |
Vəfat tarixi | 29 aprel 2008[3][1][…] (78 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | ictimai elmlər |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
Şəxsi həyatı və təhsili
redaktəTilli İllinoyz ştatı, Lombard şəhərində (Çikaqo yaxınlığında) anadan olub. 1950-ci ildə Harvard Universitetini yüksək dərəcəli diplom (magna cum laude) ilə bitirib. Koreya müharibəsi dövründə ABŞ Hərbi Donanmasında amfibiya heyətinin xəzinədarı vəzifəsində çalışıb. Tilli Harvardda Sosiologiya fəlsəfə doktorunu 1958-ci ildə bitirdi.[9] Harvardda ikən, sosial şəbəkə analizindəki Harvard inqilabı əsnasında, o, İctimai Əlaqələr şöbəsinin tələbəsi idi.[10][11] Tillinin Miçiqan Universitetindəki məzun tələbələrindən olan Dr. Viktor Li Bürke'nin sözlərinə əsasən, Tilli Talkot Parsons və Corc C. ilə yanaşı bir çoxları tərəfindən dünyanın aparıcı sosioloqlarından sayılan Pitirim Sorokinin tədris yardımçısı olduğunu söyləmişdi. Tillinin sözlərinə görə, Sorokin ona səhər saatlarında zəng etməklə və rus şivəsi ilə "Mr. Tilli, siz bu gün mənim sinfimə dərs keçməlisiniz" deyərək, Tillini təşvişə salmağı ilə tanınırdı. Tilli ağlında Sorokinin gün üçün nəzərdə tutduqlarını bilmədən öz vəzifəsini yerinə yetirirdi. Tilli həmçinin Sorokinə öz dissertasiyasını qəbul etdirməyə çalışırdı, lakin hər dəfə Sorokin Tillinin fikirlərini eşitdikdən sonra "Çox maraqlıdır, Mr. Tilli, ancaq mənim fikrimcə Plato bunu daha yaxşı qeyd etmişdir" deyirdi. Tilli Harvarddakı hazırlıq imtahanından kəsilmişdi, çünki imtahanın olacağı zamanı unutmuşdu. Nəticədə Tilli öz dissertasiyasını nəzərdən keçirmələri üçün Barrinqton Mur və Corc Homansa üz tutmuşdu, lakin o, heçvaxt Pitirim Aleksandroviç Sorokinin böyük şəxsiyyət olduğunu deməkdən çəkinməyib. Baxmayaraq ki, Tilli "mübadilə nəzəriyyəsi"ni inkar etmişdir, o, mübadilə nəzəriyyəsinin yaradıcılarından biri saydığı Homansın sosialogiya tarixindəki ən yaxşı yazıçılardan biri kimi tanıyıb və Amerika Sosioloji Assosiasiyasında fərqlənmə mükfatı alarkən, tamaşaçılara Corc Homansın yaşamasını və ona təşəkkür edə bilməyi arzu etdiyini demişdi. Çarlz Tilli 29 aprel 2008-ci ildə Bronx'da lenfoma xəstəliyindən öldü.[6] Xəstəxanada zəifləyərkən, o, yeni tələbə olan Barri Vellmana bir xarakterik cümlə yollamışdı: "Bu, qarışıq bir vəziyyətdir."[12] Tilly'nin ölümündən sonrakı bəyannamədə, Kolumbiya Universitetinin başçısı Li C. Bollinger, Tilly'in "mübahisəli dinamika və siyasi tarixin etnoqrafik təməlləri" adlı kitabları yazdığını ifadə etdi. Miçiqan Universitetindən Adam Aşforz Tilli'ni "21-ci əsr sosiologiyasının qurucu atası" adlandırmışdı.[13] Çarlz Tilli Riçard H. Tillinin qardaşı və baxmayaraq ki, onlar Çarlzın ölümü zamanı artıq ayrı idilər, Çarlz Luiza A. Tilli ilə uzun müddət evli olmuşdur. Hər ikisi seçkin tarixçidirlər.[6]
Akademik karyerası
redaktəÇarlz Tilli, Deleveyr Universitetində, Harvard Universitetində, Toronto Universitetində, Miçiqan Universitetində, Yeni Məktəbdə və Kolumbiya Universitetində tədris vermişdir. Miçiqanda Tilly, 1969–1984-cü illərdə tarix professoru, 1969–1981-ci illərdə sosiologiya professoru və 1981–1984-cü illərdə İctimai Elmlər professoru Teodor M. Nyukomb olmuşdur. Kolumbiyada o, İctimai Elmlər professoru Cozef L. Battenvayzer olmuşdur və Harrison Vayt ilə birlikdə Tilli, Nyu-York Məktəbinin əlaqəli sosiologiyanın yaranmasında mühüm rol oynamışdır. Karyerası boyunca Tilly 600-dən çox məqalə, 51 kitab və monoqrafiya yazmışdır.[13] O, Milli Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Sosiologiya Tədqiqatları Assosiasiyasının və Ordre des Palmes Akademiklərinin üzvü olmuşdur.[14]
Akademik fəaliyyəti
redaktəTillin akademik fəaliyyəti bir sıra ictimai elmlər mövzusunu əhatə etmiş və tarix və siyasi elm daxil olmaqla, sosiologiya xaricindəki fənlər üzrə təqaüdlərə təsir göstərmişdir. O, tarixi sosiologiyanın inkişafında, tarixi analizdə kəmiyyət metodlarının erkən istifadəsi, hadisənin kataloqlaşdırılması metodologiyası, əlaqəli və sosial-şəbəkə araşdırma üsullarına yönəlik, proses və mexanizmlərə əsaslanan inkişafı ilə yanaşı, mübahisəli siyasət, ictimai hərəkatlar, əmək tarixi, dövlət quruluşu, inqilablar, demokratikləşmə, bərabərsizlik və şəhər sosiologiyası kimi tədqiqatlarda mühüm fiqurlardan sayılır.
Dövlət quruculuğu
redaktəOrta əsrlərdən bu günə qədər Avropadakı siyasi, sosial və texnoloji dəyişiklikləri araşdırarkən, Tilly 1990-cı il "Təcrübə, Sərmayə və Avropa dövlətləri" kitabında milli dövlətin yer üzündəki hakim siyasi quruluş növü kimi misilsiz uğurunu izah etməyə çalışmışdır.[15] Tilli Roma İmperiyasının düşməsindən sonra diqqətini Avropaya yönəltmişdi. Bu dövrdə dövlət qurumu əsasən qeyri-rəsmi idi və nisbətən kiçik sahələri idarə edən yerli lordların himayəsində idi. Kəndlilər, güclü bir lordun təklif etdiyi təhlükəsizlik və qorunmandan faydalanmaq üçün gəlirlərindən vaz keçmişdilər. Vaxt keçdikcə bu feodal torpaqlar həm daxili, həm də xarici təhlükələrdən qorunmaq üçün daha böyük ordulara ehtiyac duyurdu. Daha böyük ordular daha effektiv oldu və bu ordulara ödənməsi üçün daha çox pul lazım idi. Feodal torpaqları inkişaf etməyə və hökmdar tərəfindən idarə oluna hökmranlıqlara birləşməyə davam etdi. Hökmdarlar sonra vergi şəklində pul tələb etdi. Bu vergiləri tətbiq etmək üçün onlar yığımları saymaq və tətbiq etmək üçün bir protokol tələb etmək məqsədilə formal dövlət qurumları qurdular. Tilli iddia edir ki, dövlətlər aşağıdakı dörd fəaliyyəti həyata keçirir:
- Müharibə aparmaq: əhatə etdiyi ərazidən kənardakı rəqibləri və ya mümkün xarici təhdidləri aradan qaldırmaq hərəkəti.
- Dövlət quruluşu: daxili rəqib qüvvələri və əhatə etdiyi ərazidəki üsyançıları kənarlaşdırmaq hərəkəti.
- Qorunma: əhaliyə qarşı mümkün təhdidlərin aradan qaldırılması.
- Ekstraksiya: əvvəlki üç fəaliyyətin həyata keçirilməsini təmin etmək üçün vergi və ya gəlirlərin toplanması.
Bu dörd fəaliyyət bir sıra forma ala bilər və Tilli bu tədbirlərin mütəşəkkil cinayət təşkilatlarının həyata keçirdiyi mühafizə raketlərinə bənzədiyini iddia edirərək bu fəaliyyətləri mütəşəkkil cinayətkarlıq yönündən araşdırmağa çalışırdı. Bu, dövlət quruculuğunun yırtıcı nəzəriyyəsindən ibarətdir.
Şəhər sosiologiyası
redaktə1960'lı və 1970-ci illərdə Tilli, şəhərlərə köçləri araşdırmış, şəhər fenomeni haqqında təsiri olmuş və cəmiyyətlərə sosial şəbəkələr kimi davranan nəzəriyyəçi idi.[12] 1968-ci ildə Tilli özünün Avropanın kollektiv zorakılığına dair məruzəsini, Johnson administrasiyası nəzdində yaradılmış, Vətəndaş Hüquqları hərəkatı ərəfəsində şəhərdəki iğtişaşları qiymətləndirən orqan olan Eyzenhaver Komissiyasına təqdim etdi.[16] 19-cu əsr Avropasında mübahisəli siyasət və ABŞ-da mövcud olan zorakılıqla əlaqədar əldə etdiyi məlumatlara görə, onun şəhərlərə və cəmiyyətlərə olan marağı həm ictimai hərəkatların, həm də kollektiv şiddətin araşdırılmasına olan ehtirası ilə sıx əlaqədardır.[17]
Mükafatlar
redaktəTilly 1982-ci ildə Sosiologiya sahəsində Ümumi Səxavət mükafatı, 1994-cü ildə Sosiologiya və İctimai Elmlər üzrə Amalfi mükafatı, 1996-cı ildə Şərqi Sosiologiya Cəmiyyətinin Mükafatlı Təqaüdü mükafatı, 2005-ci ildə Amerika Sosiologiya Assosiasiyasının fərqlənmə təqaüdü karyerası mükafatı, 2006-cı ildə müqayisəli siyasətdə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının Karl Dotç mükafatı, 2006-cı ildə Fi Beta Kappa Sidney Huk Memorial mükafatı və 2008-ci ildə İctimai Elmlər Tədqiqatları Şurasının Albert O. Hirşman mükafatına layiq görülmüşdür. O, həmçinin 1983-cü ildə Rotterdamın Erasmus Universiteti, 1993-cü ildə Paris Universitetinin İnstitutu, 1995-ci ildə Toronto Universiteti, 1996-cı ildə Strasburq Universiteti, 1999-cu ildə Cenevrə Universiteti, 2002-ci ildə Krit Universiteti, 2004-cü ildə Montrealın Kvebek Universiteti, və 2007-ci ildə Miçiqan Universiteti təhtərəfindən fəxri doktoranturaya layiq görülmüşdür. 2001-ci ildə Kolumbiyanın sosiologiya məzunları Tillini "İlin professoru" adına layiq gördülər.[14] Ölümündən sonra İctimai Elmlər Tədqiqat Şurası onun xatirəsinə 2008-ci ildə Kolumbiya Universiteti və Sosial və İqtisadi Tədqiqatlar və Siyasət İnstitutunun da birgə təşəbbüsü ilə konfrans təşkil etdilər: "Çarlz Tillinin həyat və yaradıcılığının qeyd olunması." SSRC Çarlz Tilli və LuizaTilli adına İctimai Elm Tarixi Fondunu açıqladı.[18][19] Konfransda məşhur sosioloqlardan: Kreyq Kalxoun, Harrison Vayt, Doq MakAdam, İmmanuel Uallerştayn, Villiam Sivel, Cekk Qoldstoun, Sidney Tarrou, Barri Uelman və Viviana Zelizer tərəfindən təqdimatlar keçirilmişdir.[20] The American Sosiologist[21] jurnalının 2010-cu il xüsusi sayında olduğu kimi, 2010-cu ildə Sosial Elm Tarixinin xüsusi işi, Çarlz Tilliyə (fəaliyyətinə) həsr edilmişdir. Adı keçən ilk məqalə Andreas Koller tərəfindən redaktə edilmiş və Kork Steynmetz, Nil Qross, Cek A. Qoldstoun, Kim Voss, Rocers Brubeyker, Mustafa Emirbayer və Viviana Zelizer tərəfindən edilmiş qatqılardan ibarət olmuşdur. 2010-cu ildə "Nəzəriyyə və Cəmiyyət" jurnalı da Tillinin fəaliyyətinə həsr olunmuş "Şəhərlər, dövlətlər, etibar və idarə" adlı xüsusi buraxılış yayınlamışdı.[22]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Charles Tilly // Solomon Quqqenhaym muzeyi. 1937.
- ↑ 1 2 http://www.columbia.edu/cu/news/08/04/tilly.html.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #121677117 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 The New York Times (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 3 4 Charles Tilly, 78, Writer and a Social Scientist, Is Deadhttps://www.nytimes.com/2008/05/02/nyregion/02tilly.html?_r=0 Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine
- ↑ "Paid Notice: Deaths – Tilly, Charles". query.nytimes.com. August 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2015.
- ↑ "Tributes to Charles Tilly -- Memorials to Credit & Blame » Annotated Links to Charles Tilly Resources". essays.ssrc.org. May 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2015.
- ↑ Charles Tilly, 78, Writer and a Social Scientist, Is Dead https://www.nytimes.com/2008/05/02/nyregion/02tilly.html?_r=0 Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine
- ↑ Institute of Latin American Studies at Columbia University — ILAS Tribute — Charles Tilly http://ilas.columbia.edu/announcements/ilas_tribute_charles_tilly Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine
- ↑ Max Weber in Politics and Social Thought: From Charisma to Canonization https://books.google.com/books?id=sbEgAwAAQBAJ Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine
- ↑ 1 2 Chuck Tilly, the urbanist http://lists.ufl.edu/cgi-bin/wa?A2=ind0805&L=socnet&D=1&P=55 Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine
- ↑ 1 2 President Bollinger's Statement on the Passing of Professor Charles Tilly http://www.columbia.edu/cu/news/08/04/tilly.html Arxivləşdirilib 2013-01-15 at the Wayback Machine
- ↑ 1 2 ISERP. "Charles Tilly Remembered". October 5, 2008 tarixində arxivləşdirilib. (Archived 29 April 2008 press release from ISERP, Columbia University.)
- ↑ Coercion, Capital, and European States, AD 990–1990 https://books.google.com/books?id=5pcynQEACAAJ Arxivləşdirilib 2021-01-22 at the Wayback Machine
- ↑ Tilly, Charles. 1969. "Collective Violence in European Perspective." Pp. 4–45 in Violence in America, edited by Hugh Graham and Tedd Gurr. Washington: U. S. Government Printing Office
- ↑ Tilly, Charles. 1988. "Misreading, then Rereading, Nineteenth-Century Social Change." Pp. 332–58 in Social Structures: A Network Approach, edited by Barry Wellman and SD Berkowitz. Cambridge: Cambridge University Press.
- ↑ SSRC " Albert O. Hirschman Prize " Award Ceremonies http://www.ssrc.org/hirschman/event/2008 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine
- ↑ Contention, Change, and Explanation: A Conference in Honor of Charles Tilly http://www.h-net.org/announce/show.cgi?ID=163694 Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- ↑ Tilly Fund for Social Science History — Fellowships & Grants — Social Science Research Council http://www.ssrc.org/fellowships/tilly-fund-for-social-science-history/ Arxivləşdirilib 2014-07-25 at Archive.today
- ↑ The American Sociologist. 41 (4). December 2010. JSTOR i40044197.
- ↑ Theory and Society, Volume 39, Issue 3 — Springer https://link.springer.com/journal/11186/39/3/page/1 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine