Caykenari - Wikipedia
Çaykənarı (əvvəlki adları: Dəlləkkənd; Alekseyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çaykənarı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Çaykənarı | |
---|---|
41°29′22″ şm. e. 48°39′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2711 |
Qusarçayın sağ sahilindən bir qədər aralı, Samur–Dəvəçi ovalığındadır.
Tarixi
redaktəToponimikası
redaktəXIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi.[3] Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu.
1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır.[4]
Əhalinin sayı
redaktəƏhalisinin sayı 2000 nəfərdən çoxdur.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
- ↑ "Arxivlənmiş surət". 2017-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-15.
- ↑ Çaykənarı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.