Cerkassi Vilayeti - Wikipedia
Bu məqalə Çerkası vilayəti haqqındadır. eyni adlı şəhəri haqqında məqaləyə keçmək üçün Çerkası səhifəsinə baxın. |
Çerkası vilayəti (ukr. Черкаська область) — Ukraynanın mərkəzində yerləşən vilayət.
Çerkası vilayəti | |
---|---|
Черкаська область | |
49°26′41″ şm. e. 32°03′37″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Çerkasi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 7 yanvar 1954 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | UA-71 |
Telefon kodu | 47 |
Avtomobil nömrəsi | 24, CA |
Rəsmi sayt Rəsmi sayt |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi
redaktəSahəsi 20,9 min km2 [2].
Əhalisi
redaktəƏhalisi 1,3 milyon (2006). 20 rayonu, 16 şəhəri, 15 ştq. var. Mərkəzi Çerkası şəhəridir.[2]
Təbiəti
redaktəÇerkası vilayəti Dnepr çayının orta axınının hər iki sahilində yerləşir. Sağsahil hissəsini, əsasən, Dneprboyu yüksəklik (maksimum hündürlüyü 270 m), solsahil hissəsini isə Dneprboyu ovalıq tutur. İqlimi mülayim kontinentaldır. Orta temperaturu yanvarda – 5,9 °C, iyulda 19,5 °C-dir. İllik yağıntı 450–560 mm. Ən böyük çayı Dneprdir. Kremençuq və Kanev su anbarlarının bir hissəsi Çerkası vilayətindədir. Əsasən, qara, boz, çəmən və çimli torpaqlar yayılmışdır. Ərazinin təqribən 1/6-i meşədir. Sığır, maral, cüyür, çöldonuzu, sincab, canavar, tülkü, dovşan, dələ, qunduz, susamuru, ördək, cüllüt və s. var.[2]
Təsərrüfatı
redaktəSənaye istehsalının strukturunda yeyinti sənayesi (39,9%), kimya sənayesi (26,9%), maşınqayırma və metal emalı (8%), yüngül sənaye (1,5%) üstünlük təşkil edir. Kömür, elektrik enerjisi hasil edilir; kimya sənayesi üçün mineral gübrələr, kimyəvi liflər, lak-boya materialları, kimyəvi reaktivlər, həll edicilər, polimer pərdə, dərman preparatları, ammonyak; emal sənayesi üçün hesablama texnikası, texnoloji avadanlıq; heyvandarlıq və yem istehsalı üçün maşın və avadanlıq istehsal olunur; xalq istehlakı mallarının istehsalı üzrə 300-dən çox sənaye müəssisəsi var. Ukraynanın yüksək inkişaf etmiş kənd təsərrüfatı regionudur, taxıl-çuğundur bitkiçiliyi, ətlik-südlük heyvandarlıq üzrə ixtisaslaşır. 539 kollektiv kənd təsərrüfatı müəssisəsi, 34 sovxoz və 555 fermer təsərrüfatı fəaliyyət göstərir.[2]
İstinadlar
redaktə- ↑ State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
- ↑ 1 2 3 4 Çerkası vilayəti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 512. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.