Cex Moraviya Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası (çex. Českomoravská konfederace odborových svazů, ČMKOS) — Çexiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Praqa şəhərində yerləşir.
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası ČMKOS | |
---|---|
çex. Českomoravská konfederace odborových svazů | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi | mart 1990 |
Mərkəzi | Praqa |
Sədr | Yozef Stredula |
cmkos.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəÇex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası 1990-cı ilin martında yaradılmışdır.
Fəaliyyəti
redaktəTəşkilat hər zaman üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması və işçilərin iqtisadi rifahının təmin edilməsinin əsas qarantı kimi çıxış edir. Sosial partnyorluğa böyük önəm verir.
Son illər Konfederasiya fəaliyyət siyasətini dəyişib. Belə ki, təşkilat əvvəllər işini adi klassik həmkarlar ittifaqı prinsipi üzərində qururdusa, hazırda müasir, uzunmüddətli strateji konsepsiyaya üstünlük verir. Belə ki, iş yerlərində müasir tələblərə uyğun şəraitin yaradılmasına, son model avadanlığın tətbiqinə və bu avadanlıqları idarə edən işçilərin ixtisaslaşmasına nail olmağa çalışır.
Konfederasiya hüquqi resursların qorunması istiqamətində də fəaliyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də konfederasiyanın gündəmindədir. Təşkilat rəsmiləri hər zaman bildirirlər ki, bütün insanlar bərabər iqtisadi və sosial şəraitdə yaşamalıdır:
"Həmkarlar ittifaqlarının əsas məqsədi əhalinin bu şəraitlə təmin edilməsi uğrunda mübarizə aparmaqdır. Bunun üçün sosial portnyorlarımızın dəstəyinə böyük ehtiyacımız var".
Konfederasiya gender bərabərliyi mövzusuna böyük önəm verir. Bir neçə il əvvəl bu məsələ bir o qədər də diqqət çəkmirdi, çünki ötən dövrlərdə əsas işçi qüvvə kişi hesab olunurdu. Lakin indi, qadınların işləməyə ehtiyacları olmasa belə, onlar işləmək arzusundadırlar, aktiv iş karyerasına sahib olmaq istəyirlər. Bu, qadınlara cəmiyyətdə öz mövqeyini yaratmaq və onu qoruyub saxlamaq imkanı verir. Konfederasiya iş yerlərində qadınlara xüsusi diqqət və yer ayrılması məsələsini önə çıxardır. Təşkilatda qadın problemləri ilə məşğul olan şöbə yaradılıb.
Konfederasiya layiqli əməyin təminatı məsələsinə də böyük önəm verir. Bu məsələ ilə bağlı 2013-cü ilin əvvəlində təşkilat "Sosial dialoq layiqli əməyin təminatçısıdır" adlı layihəyə start verib. Layihədə bir neçə xarici dövlətin həmkarlar ittifaqları da iştirak edirlər.
İcraedici orqanı
redaktəKonfederasiyanın əsas icraedici orqanı İcraedici Şuradır. Dörd ildən bir keçirilən Şura zamanı konfederasiyanın prezidenti və iki müavini seçilir.
Tərkibi
redaktəKonfederasiya özündə 29 təşkilatı cəmləşdirir. 772 min üzvü var.
Rəhbərləri
redaktəTəşkilata 2014-cü ildən Yozef Stredula rəhbərlik edir.
Xarici əlaqələri
redaktəBeynəlxalq Həmkarlar İttifaqlarının və Avropa Həmkarlar İttifaqlarının konfederasiyalarının və Həmkarlar İttifaqlarının Məşvərət Komitəsinin üzvüdür.
Qurum beynəlxalq münasibətlərə çox böyük yer verir. Konfederasiyanın hazırladığı yeni fəaliyyət proqramına əsasən, işçilərin sosial və əmək hüquqları Avropa ölkələrinin qanunvericiliyindən götürülən standartlara uyğun olaraq qorunur.
Mənbə
redaktə- AFAQ. Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 20.04.2013. (az.)
Ədəbiyyat
redaktə- International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Xarici keçidlər
redaktə- cmkos.cz — Rəsmi saytı