Ceyildag - Wikipedia
Ceyildag - Wikipedia - Haqqında Məlumat
Çeyildağ, Ceyildağ, Umbakı – Azərbaycanın Qaradağ rayonunda qəsəbə.[1]
Çeyildağ | |
---|---|
40°16′57″ şm. e. 49°16′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQaradağ rayonunda qəsəbədir. Ərazi yaxınlığında yerləşən dağın adını daşıyır. Oronim çeyil (xırda daş) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "xırda daşlı dağ" deməkdir.[2] 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması nəticəsində yaradılmış və 1951-ci ildə qəsəbə statusu almışdır.[3]
Əhalisi
redaktə1959[4] | 1970[5] | 1979[6] | 1989[7] | 2011 |
---|---|---|---|---|
2835 | 2127 | 1229 | 1143 | 1100 |
Qəsəbənin son məlumata görə olan əhalisi təqribən 1,100 min nəfərdir. Əhalisi sənaye sahələrində, qismə kənd təsərrüfatı sahələrində və özəl sektorlarda çalışırlar. Sosial obyektləri fəaliyyət göstərir.[3]
İstinadlar
redaktə- ↑ Çeyildağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 190 (elektron variant)
- ↑ 1 2 Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 129
- ↑ "Перепись-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
- ↑ "Перепись-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
- ↑ "Перепись-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
- ↑ "Перепись-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
Xarici keçidlər
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |