Cilingerlik - Wikipedia
Çilingər — metal emalı və ya metaldan hazırlanmış əşyaların təmiri ilə məşğul olan peşədir. İxtisaslaşmasından asılı olaraq müxtəlif peşə növləri mövcuddur. Məsələn, avtomobil, tikinti, gəmi, maşın, alət və s. sahələr üzrə çilingərlər fəaliyyət göstərirlər.
Çilingərlik peşəsinə peşə ixtisas məktəblərində yiyələnmək olar. İxtisas səviyəssindən asılı olaraq çilingərlərə dərəcələr verilir.
Çilingərlik peşəsi çox qədim tarixə malikdir. Hələ lap qədim zamanlarda insanlar metaldan işçi alətlər düzəldirdilər. Əvvəldə onların hamısı dəmirçi adlanırdılar. Dəmirçilər dəmir filizini əldə edir, onları qızdırır və zindanda döyərək müxtəlif metal əşyalar düzəldirdilər.
Sonralar maşınların və müxtəlif metalik qurğuların ixtirası və geniş tətbiqi ilə müxtəlif ustalar, o cümlədən mismar, dəbliqə, zireh və bu kimi sahələr üzrə ustalar yaranırlar. Beləliklə, metalların soyuq emalı genişlənir və daha sonra artıq bu ustalar müxtəlif mexanizmlərin hazırlanması üzrə çalışırlar. Çilingərlərin tipik məşğul olduqları sahələr qıfılların hazırlanması idi. Sonralar maşınqayırmanın inkişaf etməsi nəticəsində çilingərlərin tətbiq sahələri həm genişlənmiş və həm də mürəkkəbləşmişdir. Onlara bu gün texnikanın tətbiq olduğu bütün sahələrdə rast gəlmək olur.