Cimediyn Sayxanbileq - Wikipedia
Çimediyn Sayxanbileg (monq. Чимэдийн Сайханбилэг; d.17 fevral 1969) - Monqolustan baş naziri.
Çimediyn Sayxanbileg | |
---|---|
monq. Чимэдийн Сайханбилэг | |
Vəzifədədir | |
2014-cü ildən | |
Prezident | Tsaxia Elbeqdorj |
Əvvəlki | Dendevin Terbişdagva |
Sonrakı | vəzifədədir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dornod, Monqolustan |
Milliyyəti | Monqolustan |
Partiya | Monqolustan Demokratik Partiyası |
Təhsili |
Monqolustan Xalq Universiteti Moskva Dövlət Universiteti Vaşinqton Universiteti |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇimediyn Şayxanbileq, 17 fevral 1969-cu ildə Monqolustanın Dornod əyalətində anadan olub[1]. O Monqolustanın Monqolustan Xalq Universitetini, Rusiya Federasiyasının Moskva Dövlət Universitetini və ABŞ-nın Corc Vaşinqton Universitetini bitirib[2]. O, siyasi proseslərdə iştirak etməkdən əvvəl hüquq firmasında işləyib[3].
Şayxanbileq, Monqolustan Demokratik Partiyasına qoşulub, 1997-2002-ci illərdə Monqolustan Gənclər Federasiyasının prezidenti olub[4]. 2008-2012-ci illərdə Monqolustan Parlamentində Demoktarik Fraksiyasının lideri olub. Monqolustan Baş naziri təyin olunmaqdan əvvəl, Monqolustanın təhsil naziri idi. O, 5 noyabr 2014-cü ildə etimadsızlıq səbəbi ilə vəzifəsindən azad edilən baş nazir Norovyn Altanxuyaqın əvəzinə 21 noyabr tarixində baş nazir təyin edilib. Onun baş nazir təyin edilməsinə Monqolustan Xalq Partiyası qarşı çıxır. Səbəb kimi, Nazirlər Kabinetinin tərkibini göstərirlər. Monqolustan Xalq Partiyası səsvermədən imtina edib və nəticədə Sayxanbileq 42% səslə səsvermədən qalib ayrılıb.
Baş nazir kimi onun əsas vəzifəsi Monqolustanda xarici investisiyaların artırılması idi. 2013-cü ildə Ömnöqov vilayətindəki Tolqo mis şaxtasının dayandırılması qərarını verdi. 2012-ci ildən 2015-ci ilə qədər xarici investisiya təxminən 4 milyard ABŞ dolları həcmində aşağı düşüb. 2015-ci ildə Sayxanbileq iri hasilat layihələri üçün xalqı referenduma dəvət edib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Saikhanbileg Elected Prime Minister | Mongolia Focus" Arxivləşdirilib 2015-06-29 at the Wayback Machine blogs.ubc.ca. İstifadə tarixi:2015-11-6
- ↑ "President Introduced the Nominee for the Prime Minister to the Parliament" Arxivləşdirilib 2015-07-09 at the Wayback Machine Office of the President of Mongolia. İstifadə tarixi:2015-11-6
- ↑ "Struggling Mongolia picks new premier" Arxivləşdirilib 2015-04-11 at the Wayback Machine Deutsche Welle. 21 November 2014. İstifadə tarixi:2015-11-6
- ↑ "Chimed SAIKHANBILEG" Arxivləşdirilib 2015-04-13 at the Wayback Machine parliament.mn İstifadə tarixi:2015-11-6