Cimkend - Wikipedia
Çimkənd (Şımkent / Шымкент) — Türkistan vilayətinin inzibati mərkəzi, əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri.
Şəhər | |||
Çimkənd | |||
---|---|---|---|
Шымкент | |||
|
|||
42°18′ şm. e. 69°36′ ş. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | XII əsr | ||
İlk məlumat | VI əsr | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 506 ± 1 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 160000 | ||
Nəqliyyat kodu | X / Y / 17 | ||
Digər | |||
gov.kz/memleket/entities… | |||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəÇimkənd şəhərinin adı iki hissədən ibarətdir: çim (otlağın üst qatı) və kənd (yaşayış məntəqəsi).
Tarixi
redaktəMüasir Çimkənd ərazisində məskənlər artıq XI–XII əsrlərin kəsişməsindən mövcuddur. Bununla belə, mütəxəsislərin fikrincə, V-VI-ci əsrlərə aid arxeoloji qazıntılar əsasında, onun daha erkən yaranması barədə ehtimal var. İlk dəfə Çimkənd barədə Şərəfəddin Əli Yəzdi (1425), Teymurun hərbi uğurlarını təsvir edən, özünün "Zəfərnaməsi"ndə qeyd edir.
XIII əsrin əvvəlində Mavəraünnəhrdəki Sayram oazisi tərəfdən Çingiz Xanın orduları daxil oldu, bundan sonra şəhər çingizlilərin irsi oldu. XIV Ağ Orda və Altun Ordaya qarşı uğurlu əməliyatlarının nəticəsində Teymur onu öz dövlətinə daxil etdi.
XVI əsrin əvvəlində Çimkənd Qazax xanlığının tərkibinə daxil oldu, sonra isə XVII–XVIII əsrlər ərzində cunqarların işğal obyektinə çevrildi.
Aramsız müharibələrə və dağıntılara baxmayaraq, Sayram oazisi yüksək inkişaflı əkinçilik, bağçılıq və sənətkarlıq məntəqəsi olaraq qalırdı.
XVIII əsrin sonunda və XIX əsrin birinci yarısında Çimkənd uğrunda Kokand və Buxara xanlıqları mübarizə aparırdılar.
1810–1864 illərdə şəhər Kokand xanlığının tərkibində qala idi. 1821 ildə qazax sultanı Təntək Törə Kokand xanlığına qarşı üsyana başçılıq etdi. Üsyançıların qoşunları Sayram və Çimkəndi hücumla aldılar, lakin Kokanddan gələn iri qüvvələr üsyanı yatırdı.
1864 ildə üsyanın təhrikçiləri ruslar Çimkəndi Kokand xanlığından aldılar. Gələcək Türkistan general-qubernatoru Çernyayevin kiçik, amma müasir silahlı, dəstəsi Övliyə-Ata qalasını, daha sonra 1864 ilin iyulunda Çimkəndi aldı.
Ruslar su kəməri vasistəsi ilə şəhərə soxuldular. Güclü istehkam sayılan qalanın müdafiyəçiləri, rusların bu gözlnilməz fəndindən təşvişə düşdülər. Ehtimal ki rusların şəhərə daxil olmasında xainlərin də rolu az deyildi. Beləliklə şəhər Rusiya imperiyasının tərkibinə daxil edildi və Rusiyanın Avropa hissəsini Qərbi Sibir və Orta Asiya ilə birləşdirən mühüm tranzit məntəqə oldu.
1914 ildə şəhərin alınmasının 50 ilində adı dəyişdirilib Çernyayev qoyulur, lakin 10 il sonra yenə öz adı qaytarılır.
1930-cu ildə Çimkənddə qurquşun zavodu tikilir. SSRİ də istehsal olunan qurquşunun 70% onun payına düşürdü. Şəhərdə yağ-piy kombinatı, corab və güzgü fabrikaları istismara verilir. 1932 ildə, şəhər aeroportunun yaranmasının və inkişafının əsasını qoyan kənd təsərrüfatı aviasiyası bazası yaradılır. İkinci Dünya Müharibəsi vaxtı Çimkəndə bir çox istehsal müəssisələri evakuasiya olunur. 17 zavod və fabrik. Şəhərdə tank üçün ehtiyat hissələri, mərmi, metal, qurquşun, optik cihazlar və s. istehsal olunur. O zaman SSRİ də istehsal olunan güllələrin 2/3 Çimkənddə istehsal olunur.
Müharibədən sonrakı 1950–1980 illərdə gur inkişafına baxmayaraq, 1960 ildən SSRİ nin əlaqələri gərginləşən Çinlə, sərhədə, və çətənənin ənənəvi yetişdirilməsi mərkəzi olan, Çuy vadisinə yaxınlığı, eləcə də şəhərdə olan milli ziddiyətlər səbəbindən, şəhər qaçaqmal mərkəzi və narkotrafik məntəqəsinə çevrildi.
Şəhərin, narkotacirlər tərəfindən təşkil olunan və yük maşınları sürücüləri vasitəsilə həyata keçirilən, əvvəlcə Çinə, sonra isə 1961 ilin ortasından Monqolustan və Sibirə defisit malların ötürülməsi mətəqəsinə çevrilməsi, 1967 ildə, o cümlədən inzibati və dövlət binalarının dağıdılması ilə müşayət olunan və qanlı toqquşmalara çevrilən kütləvi etiraz aksiyalarına gətirdi.
Rəsmi açıqlamalara görə 12–15 iyun 1967 il Çimkənd hadisələri vaxtı 8 nəfər ölmüş, 50 yaralanmışdır.[1]
SSRİ təhlükəsizlik orqanları tərəfindən aksiyanın şiddətli yatırılmasında günahkarlar aşkar olunmuş və, araşdırmaların nəticəsində öz iş yerlərindən başa yerlərə keçirilmişdilər. 8 sentyabr 1992 ildə Çimkənd şəhərinin adı Şımkəndə dəyişdirildi.
Milli tərkibi
redaktə- qazaxlar 64,76 %
- ruslar 14,52 %
- özbəklər 13,70 %
- azərbaycanlılar 1,86 %
- tatarlar 1,54 %
- koreyalılar 1,00 %
- ukraynalılar 0,54 %
- türklər 0,41 %
- başqaları 1,68 %[2]
İstinadlar
redaktə- ↑ "-Çimkənd qiyamı". 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
- ↑ "-Millətlərinə görə Çimkənd əhalisinin sayı". 2012-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.