Cimnaz Eliyeva - Wikipedia
Çimnaz Rizvan qızı Əliyeva (4 dekabr 1949[1], Ağdam) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Çimnaz Əliyeva | |
---|---|
4 fevral 1996 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1949[1] (75 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
redaktəÇimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir.
Çimnaz Əliyeva ailəlidir, üç övladı var. Respublikanın Əməkdar Mədəniyyət işçisidir.
Fəaliyyəti
redaktə1996-cı il fevralın 4-də baş tutan təkrar parlament seçkilərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Çimnaz Əliyeva Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]
İstinadlar
redaktə- ↑ 1 2 https://meclis.gov.az/news-dep.php?id=73&lang=en.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.