Cin Keramikasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çin keramikası — 1000 il bundan öncə Çində qab-qacaqları nefritdən hazırlayırdılar. Bu qablar çox baha olurdu. Neçə illərdən sonra çin dulusçuları keyfiyyətinə görə nefritdən daha üstün olan material — farforu icad etdilər. Çinin Tszyansi əyalətində farfor daşı ehtiyatlarının olması onun geniş yayılmasına səbəb oldu. Farforu farfor daşı, briketorot tozu və məhsula ağlıq verən kaolindən hazırlayırdılar. Kaolin də həmin əyalətdə çoxluq təşkil edirdi. Çin dulusçuları massanı, plastiklik əldə etməsi üçün bir neçə 10 il saxlayırdılar. Qabların üzərinə bir neçə qat qlazur vururdular ki, xüsusi parlaqlıq əldə olunsun. Misal olaraq krakls və öküz qanından hazırlanan qlazuru göstərmək olar. Yüksək keyfiyyətli farfor nümunələrinin hazırlanmasında əlbəttə ki, peşəkar Çin dulusçularının da böyük rolu olmuşdur. Qabları boyamaq üçün güclü istiyə tab gətirən rənglərin tərkibini də Çinlilər icad etmişlər. İlkin dövrlərdə ağ rəngdə olan qabların üzərinə XIV – XV əsrlərdən başlayaraq qlazurun altından, mavi daha sonrakı dövrlərdə isə yaşıl və bənövşəyi rənglərdən istifadə edərək müxtəlif ornamentlər işləmişlər. Misal olaraq insan, heyvan, quş, bitki ornamentlərini göstərmək olar. Qabların dekoru forma ilə çox az hallarda uyğunlaşırdı.
Uzun illər Çin ipəyi kimi farforun da hazırlanması sirr olaraq qalmışdır. Çində onun sirrini açmağa cəhd edən hər bir kəsi ölüm gözləyirdi. XVII əsrdə missioner pater D. Antrekoll farforun sirrini öyrənmək üçün Çinə getmiş, lakin ən elementar biliklər əldə etmişdir. Min və Tsin sülaləri dövründə Çin keramikasının ən gözəl nümunələri yaradılmışdır. Xan sülaləsi dövründə keramika Yaponiya, Koreya, Filippin, İndoneziya, Hindistana aparılırdı. XV əsrdən başlayaraq portuqal dəniz səyyahlarının hesabına Çin keramikası Avropaya idxal olunur. Bu dövrdə Çində keramika istehsalının mərkəzlərindən biri Tsindeçjen şəhəri idi. Avropada çin farforu yüksək qiymətləndirilmiş, hətta onu qızıla bərabər tutmuşlar.
Terminologiya və kateqoriyalar
Ən erkən Çin dulusçuluğu Çin tarixi boyu utilitar məqsədlər üçün istehsalını davam etdirən saxsı qablar idi, lakin incə məmulatlar üçün getdikcə daha az istifadə olunurdu. Daha yüksək temperaturda yandırılan və təbii olaraq su keçirməyən daş məmulatları çox erkən işlənib hazırlanmış və əksər dövrlərdə bir çox sahələrdə incə dulusçuluq üçün istifadə olunmağa davam etmişdir; Jian qablarındakı çay qabları və Sonq sülaləsi dövründə hazırlanmış Jizhou qabları buna misaldır. Farfor, Qərb tərifinə görə, "hazırlanmasında hansı inqrediyentlərdən və ya hansı məqsədlə istifadə olunmasından asılı olmayaraq, ağ və şəffaf olan bütün keramika məmulatlarını özündə birləşdirən ümumi termindir.[1]
İstinadlar
redaktə- ↑ An Introduction To The Technology Of Pottery. 2nd edition. Paul Rado. Pergamon Press, Institute of Ceramics. 1988.