Cinin Kosmik Proqrami - Wikipedia
Çinin kosmik proqramı – Çin Xalq Demokratik Respublikasının kökü 1950-ci illərə qədər gedən və 2003-cü ildə Yanq Liveyin Şenzou 5 gəmisi ilə ilk həqiqi uğurunu qazanan proqramdır. 2003-cü il ekspedisiyası ilə Çin Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı ( süqut etdi ) dövlətlərindən sonra fəzaya insan göndərən üçüncü dövlət oldu. Bu proqramın planlarına həmçinin 2020-ci ildə Çin Kosmik Stansiyası və Aya və Marsa ekspedisiyalar daxildir. 2013-cü ildə çinli alimlər “Çan-e 3” tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub.[1] Çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.[2]
2019-cu ilin iyun ayında Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib. Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı “Long March 11” daşıyıcı raketi ilə dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.[3]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Çin kosmosda inanılmazı etdi". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
- ↑ "Çin kosmosa iki peyk göndərdi". 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.
- ↑ Çin ilk dəfə dənizdən kosmosa raket buraxıb