Coxlu Dunyalar Tefsiri - Wikipedia
Kvant mexanikasının təfsirlərindən biri olan Çoxlu Dünyalar təfsirinə görə reallığın özü olaraq bütün kainat üçün yeganə və universal bir dalğa funksiyası mövcuddur. Bu universal dalğa funksiyası hər şeyin dalğa funskiyası olaraq, bildiyimiz dünyamızdakı bütün ehtimalları və hətta bunun xaricində təkmilləşməsi mümkün bütün dünyaları ehtiva etməkdədir.
Çoxlu Dünyalar təfsiri, hər kəsin fərqli bir ssenaridə alternativ qərarlarla hərəkətə keçdiyi incoherent reallıq fikrini daşıyır. Buna görə hər fərqli qərarla budaqlanan dünya, hər ehtimalın var olduğu sonsuz sayda paralel dünyalar təşkil edir.
Bu təfsir ilk dəfə Prinston Universitetində bir doktorluq tələbəsi olan Hugh Everett III tərəfindən 1957-ci ilində irəli sürüldü. Nəzəriyyə illər sonra eyni universitetdən Max Tegmark tərəfindən təfsiri dəstəkləyən kvant intiharı və kvant ölümsüzlüyü təcrübəsi ilə birgə populyarlıq qazandı.