Cuxanli Salyan - Wikipedia
Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Çuxanlı | |
---|---|
39°38′40″ şm. e. 48°58′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5213 |
Tarixi
redaktəÇuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur.[1]
Foto məlumatlar
redaktəÇuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine
Əhalisi
redaktəAzərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər. Bu səbəbdəndir ki, kənd əhalisi eyni adlı 2 kənddə məskunlaşıb. Salyan Çuxanlısında Qışlaqda qalan Çuxanlılar, Qobustan Çuxanlısında isə yazlaqda qalan çuxanlılar məskunlaşıblar. Müsəlmandırlar. Məşhur Şirvan aşığı Aşıq Bəylər, Azərbaycan ordusunun bir neçə generalı və yüksək rütbəli zabiti bu tayfadan çıxıb.[mənbə göstərin]
Tanınmışları
redaktə- Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur.
Din
redaktəKənddə "Hacı Cəbrayıl" məscidi dini icması fəaliyyət göstərir.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |