Olu Zona Film 1983 - Wikipedia
Ölüm zona (ing. The Dead Zone) — 1983-cü il ABŞ qorxu, triller filmi.
Ölü zona | |
---|---|
The Dead Zone | |
Janr | qorxu filmi[1], elmi-fantastika filmi, müəmma filmi, roman ekranlaşdırması[d] |
Rejissor | Devid Kronenberq |
Prodüserlər | |
İcraçı prodüser | Dino de Laurentis |
Əsərin müəllifi | Stiven Kinq |
Ssenari müəllifi | Jefrer Boam |
Baş rollarda |
Kristofer Uolken Bruk Adams Tom Skerit Martin Şin |
Operator | |
Bəstəkar | Maykl Keymen |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 21 oktyabr 1983 |
Müddət | 103 dəqiqə |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Ontario |
IMDb | ID0085407 |
Film Stiven Kinqin eyni adlı romanından götürülmüşdür. Devid Kronenberqin rejissorluğu ilə çəkilən filmdə Kristofer Uolken, Tom Skerit, Martin Şin, Herbert Lom, Bruk Adams və Kollin Dyuherst kimi aktyorlar yer alıb. Film illər sonra komadan ayılan Coni Smit'in (Kristofer Uolken) ekstrasens gücünü kəşf etməsi ilə başlayır.
Mövzusu
redaktəConi Smit (Kristofer Uolken) gənc bir müəllimdir. Məktəbdə dostu Sarah'ı (Bruk Adams) sevir. Yol qəzasından sonra komaya girir. Nevroloq həkim Veyzak'ın (Herbert Lom) əhatəsində oyandıqda 5 il keçmişdir. Smit bir çox şeydən başqa, sevgilisi Sarahın evləndiyini və uşağının olduğunu öyrənir.
Smit, yeni həyatına öyrəşməyə çalışarkən, birdən-birə insanların əlini tutduqda onların keçmiş və gələcəyini görə bildiyini öyrənir. Bölgənin şerifi (Tom Skerit) bir seriyalı qatilin tutulmasında Smitdən kömək istəyir. Smit kömək edir, lakin məşhur olduğu üçün narahat olaraq bölgədən köçür.
Yeni köçdüyü bölgədə siyasətçi Qreq Stilson (Martin Şin) ilə tanış olur. Həmin vaxt Sarah bu siyasətçinin tanınmasında rol oynayır. Lakin Smit Stilsonun gələcəyin Hitleri olacağını onunla salamlaşarkən öyrənir.
Gələcəyi dəyişmək istəyən Smit, Stilsonu öldürməyə qərar verir. Bir mitinq vaxtı sui-qəsd hazırlayır, lakin Stilsonu vurmaq istəyərkən Stilson Sarahın uşağının arxasında gizlənərək özünü qoruya bilir. Lakin yaralı olarkən gəlib yaxasından tutan Stilsona toxunması ilə gələcəyi dəyişdiyini başa düşür və gülərək vəfat edir.