Olum Yurusu - Wikipedia
Ölüm yürüşü — hərbi əsirlərin, digər əsirlərin və ya deportasiya edilmiş şəxslərin yol boyu ölümə buraxıldığı məcburi yürüş.[1] İştirakçılar adətən yürüşün gedişinə görə uzun məsafə, hava, yorğunluq, halsızlıq, yürüş şəraitinə görə və ya mühafizəçilərin qəddarlığı səbəbilə bu zaman ölürlər.[2]
Tarixi
redaktəAfrikada kölə tacirləri tərəfindən satın alınan və ya əsir götürülən kölələrə qarşı məcburi yürüşlərdən istifadə olunurdu. Onlar Şərqi Afrika kölə ticarəti və Atlantik kölə ticarəti ilə kimi başqa ölkələrə göndərilmişdilər. Bəzən tacirlər kölələri qandallayır və onlara kifayət qədər yemək vermirdilər. Yerimək üçün çox zəifləmiş kölələr tez-tez öldürülür və ya ölümə buraxılırdı.[3][4]
Belçika kralı II Leopold Konqo Azad Dövlətində yetim qalan konqoluları qaçıraraq onları katolik missionerlər tərəfindən idarə olunan, kölə kimi işləmək və ya əsgər olmağın tədris edildiyi məktəblərdən ibarət "uşaq koloniyaları"na göndərirdi. Bunlar dövlət tərəfindən maliyyələşdirilən yeganə məktəblər idi. Məktəblərə göndərilən uşaqların 50%-dən çoxu xəstəlikdən həlak olmuş, minlərlə uşaq isə koloniyalara məcburi yürüşlərdə ölmüşdür. Belə bir yürüşdə 108 oğlan missiya məktəbinə göndərilmiş və onlardan yalnız 62-si sağ qalmışdır, lakin daha səkkizi bir həftə sonra vəfat etmişdir.[5]
Dunqan üsyanı zamanı Şansidən 700,000–800.000 hui müsəlmanı Qansuya sürgün edilmişdi. Bu prosesdə əksəriyyəti susuzluqdan, aclıqdan və qətliamlardan yol boyu onları müşayiət edən milislər tərəfindən öldürülmüşdür. Onlardan sadəcə bir neçə min sağ qalmışdır.[6]
SSRİ-də əhalinin köçürülməsi İosif Stalinin əmri ilə 1930-cu illərdən 1950-ci illərə qədər müxtəlif qrupların məcburi köçürülməsi ilə başa çatmışdır. Sovet arxivlərində 1940-cı illərdə qolçomaqların məcburi köçürülməsi zamanı 390,000 nəfər,[7] həmçinin deportasiya edilmiş 400,000-ə qədər insanın ölümü sənədləşdirilmişdir.[8] Bu deportasiya proseslərindən Krım tatarlarının deportasiyası və çeçenlərin deportasiyası Ukrayna və Avropa Parlamenti tərəfindən soyqırım kimi tanınmışdır.[9][10][11][12]
İstinadlar
redaktə- ↑ "Definition of DEATH MARCH". www.merriam-webster.com.
- ↑ "Марши смерти". Американский мемориальный музей Холокоста. 2013-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-17.
- ↑ Falola, Toyin; Warnock, Amanda. Encyclopedia of the Middle Passage. Greenwood Publishing Group. 2007. səh. 97. ISBN 978-0313334801. OCLC 230753290.
- ↑ Friedman, Saul S. Jews and the American Slave Trade. Transaction Publishers. 2000. səh. 232. ISBN 978-1412826938.
- ↑ Hochschild, Adam. King Leopold's Ghost A Story of Greed, Terror, and Heroism in Colonial Africa. Mariner Books. səh. 135.
- ↑ "回族 – 广西民族报网". 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ Pohl, J. Otto. The Stalinist Penal System. McFarland. 1997. səh. 58. ISBN 0786403365.
- ↑ Pohl, J. Otto. The Stalinist Penal System. McFarland. 1997. səh. 148. ISBN 0786403365. Pohl cites Russian archival sources for the death toll in the special settlements from 1941–49
- ↑ "UNPO: Chechnya: European Parliament recognises the genocide of the Chechen People in 1944". unpo.org.
- ↑ Naimark, Norman M. Stalin's Genocides. Human Rights and Crimes Against Humanity. Princeton University Press. 2011. səh. 131. ISBN 978-0691147840. OCLC 587249108.
- ↑ Rosefielde, Steven. Red Holocaust. Routledge. 2009. səh. 84. ISBN 978-0415777575.
- ↑ "Ukraine's Parliament Recognizes 1944 'Genocide' Of Crimean Tatars". RadioFreeEurope/RadioLiberty. 12 November 2015.