Omur Nagiyev - Wikipedia
Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti[1], ikinci rejissor, arxiv kadrlarda iştirak edən.
Ömür Nağıyev | |
---|---|
Ömür Məlik oğlu Nağıyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1972–2012 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0619341 |
Həyatı
redaktə1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2] Bakı Bələdiyyə teatrında işləyib.
“Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.[3]
2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
31 dekabr 2013-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib[4]. Hövsan qəbiristanlığında dəfn olunub.
- Aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olmuşdur.
Filmoqrafiya
redaktə- Abşeron gizlinləri (film, 2008)(qısametrajlı sənədli film)(Aztv)
- Axtaran tapar (film, 1980)
- Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Tofiq
- Arxada qalmış gələcək (film, 2004)
- Asif, Vasif, Ağasif (film, 1983)
- Azərbaycanın dəniz qapısı (film, 1992)
- Bağlı qapı (film, 1981)
- Bəxtəvər (film, 1990)
- Bəyin oğurlanması (film, 1985)
- Bir anın həqiqəti (film, 2003)
- Bircəciyim (film, 1986)
- Biz qayıdacağıq (film, 2007)
- Bizim küçənin oğlanları (film, 1973)
- Cavid ömrü (film, 2007)
- Cin mikrorayonda (film, 1985)
- Dəli Kür (film, 1969)
- Doğma sahillər (film, 1989)
- Evin kişisi (film, 1978)
- Ərazi (film, 2005)
- Əzablı yollar (film, 1982)
- Gözlə məni (film, 1980)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Gümüşü furqon (film, 1982)
- Həyat bizi sınayır (film, 1972)
- İmtahan (film, 1987)
- İstanbul reysi (film, 2010)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Muradına çatan Günəş
- Nə gözəldir bu dünya... (film, 1999)
- Onun taleyi (film, 1991)
- Qanlı zəmi (film, 1985)
- Sirr (serial, 2012)
- Şeytan göz qabağında (film, 1987)
- Var olun, qızlar... (film, 1972)
- Vəkil hanı? (film, 2011)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yeddi oğul istərəm... (film, 1970)
İstinadlar
redaktə- ↑ "Фотогаллерея Русского Драматического театра им. С. Вургуна". 2014-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
- ↑ "Həmidə. Ömür vəfa etmədi: (Əməkdar artist, kino və teatr aktyoru Ədalət Nağıyevin vəfatı ilə əlaqədar) //Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 12". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
- ↑ "Əməkdar artist Yeni il gecəsi dünyasını dəyişdi". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.
Mənbə
redaktə- "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.