Omer Ferrux Efendi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ömər Fərrux Əfəndi (27 fevral 1898, İstanbul – 28 mart 1969, Qahirə) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, son Osmanlı padşahı VI Mehmed Vahidəddinin kürəkəni. 1919–1924-cü illərdə Fənərbaxça FK-ya rəhbərlik etmişdir.
Ömər Fərrux Əfəndi | |
---|---|
عمر فاروق أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi |
Fəaliyyəti | iş adamı |
Atası | Əbdülməcid Əfəndi |
Anası | Şahsüvar Qadınəfəndi |
Həyat yoldaşları |
Sabiha Sultan Mehriban Mihrişah Sultan |
Uşaqları |
Fatma Nəslişah Sultan Xanzadə Sultan Nəcla Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898 tarixində Çırağan sarayında dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndi, anası isə onun ilk xanımı olan Şahsüvar Başqadınəfəndidir. Hərb məktəbindən məzun olduqdan sonra Almaniyadakı Potsdam hərbi məktəbinə daxil oldu. Birinci Dünya müharibəsində Verdun cəbhəsində vuruşmuşdur. Müharibənin ardından 29 aprel 1920-ci ildə atasının əmisi oğlu və son Osmanlı padşahı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultanla evləndi. Bu evlilikdən 3 qızı — Nəslişah Sultan, Xanzadə Sultan və Nəcla Sultan dünyaya gəldi. Böyük qızı Fatma Nəslişah Sultan Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Alman imperatoru II Vilhemi Osmanlı sultanı V Mehmed adına ziyarət edən Şahzadə Mehmed Vahidəddin Əfəndini, Mustafa Kamal Paşa ilə birlikdə müşayiət etdi.
Daha çox futbola olan marağı ilə tanınırdı. 1919-cu ildə 21 yaşında ikən Fənərbaxça FK-na rəhbər seçildi və sürgün səbəbilə ölkəni tərk edənə qədər bu vəzifəsini davam etdirdi.
1921-ci ilin aprelində Milli mübarizə hərəkatına qatılmaq üçün Anadoluya getmiş, Mustafa Kamal Paşanın keçmiş dostu olmasına baxmayaraq Ankara hökuməti tərəfindən geri göndərilmişdir. 4 mart 1924-cü ildə TBMM-nin qəbul etdiyi xilafətin ləğvi və Osmanlı ailəsinin sürgünü qanunu ilə ölkəni tərk etdi və bir daha geri dönə bilmədi. Kiçik qızları Nəcla Sultan isə ailənin sürgündə yaşadığı Nitsa şəhərində dünyaya gəlmişdir. Ailə bir müddət İsveçrədə yaşadıqdan sonra, böyük qızı Fatma Nəslişah Sultanın evlənərək Misir şahzadəsi olduğu Misirdə, daha sonra isə Fransada yaşadı. 1948-ci ildə xanımı Sabiha Sultandan boşandı və həmin ilin 31 iyulunda İsgəndəriyyədə əmisi Yusif İzzəddin Əfəndinin qızı Mehriban Mihrişah Sultanla evləndi.
5 illik sürgün həyatının sonunda 28 mart 1969 tarixində Qahirədə vəfat etdi. Ölümündən 5 il sonra Osmanlı ailəsinə mənsub kişilərin ölkəyə qayıtmasına icazə verilmiş, illər sonra verilən xüsusi icazə ilə məzarı 10 mart 1977-ci ildə Cağaloğlu səmtindəki Sultan Mahmud türbəsinə köçürülmüşdür.
Mənbə
redaktə- http://www.enfal.de/otarih44.htm
- http://www.milliyet.com.tr/Yazar.aspx?aType=YazarDetay&ArticleID=1348730&AuthorID=104&b=Prenseslik
- http://www.tarihimiz.net/v3/Haberler/Ataturk/Omer-Faruk-Efendi-ve-Ataturk.html Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine
- http://turksiyer.com/genel-tuerk-tarihi/1957-sehzade-omer-faruk-efendinin-anadoluya-gecmesi.html
- http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/i347.html Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine