Omer Pasa Memluk Sulalesi - Wikipedia
Ömər Paşa (Ərəbcə: عمر باشا, Osmanlıca: عمر پاشا, Gürcücə: ომარ ფაშა; vəf. 1776) - Osmanlı Paşası, Məmlük sülaləsindən olan Bağdad Paşalıq hökmdarı (1762-1776).
Ömər Paşa | |
---|---|
عمر پاشا | |
1762 – 1776 | |
Əvvəlki | Süleyman Əbu Leyla Paşa |
Sonrakı | Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Atası | Əhməd Paşa |
Uşağı |
Ümumi məlumat
redaktə1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və Dəclə və Fərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərlə şiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar[1][2].Osmanlı sultanı Əmniyəti yenidən ələ gətirmək üçün Qaramaniyə Valisi, Məmlük sülaləsindən, Həsən Paşayı İraqa göndərildi[3]. Həsən Paşa özünə inzibati sistem yaratdı, o cümlədən Daxili İşlər İdarəsi, Xəzinədarlıq və İdarə etmə işləri. Onun əmriylə, əsasən gürcülər və çərkəzlər oğlanlarının təhsil alınması üçün xüsusi bir məktəb açıldı. Bu islahatlar hakimin gücünü artırdı və əyalətin müdafiə sistemini sahmanlaşdırdı. 1723-1727-ci illərdə Səfəvilərlə müharibədə İraq ordusu demək olar ki, müstəqil olaraq hərbi əməliyyatlar apardı[4][5]. Həsən Paşa 1723-cü ildə vəfat etdi, onun yerinə atasının siyasətini davam etdirən oğlu Əhməd Paşa gəldi. Əhməd Paşa və Süleyman Əbu Leyla Paşanın hakimiyəti dövründə İraq müstəqil bir vilayət kimi olaraq idarə olundu[6]. Əbu Leyla 1762-ci ildə vəfat etdi. Ölümündən sonra canişini üçün yeddi namizəd vardı və hamısı Məmlüklərdəniydi. Əbu Leylanın namizədləri arasında qarşıdurma olsa da sonunda İraqdakı hakimiyət Ömər Paşaya keçdi[7].
Həyatı
redaktəÖmər Paşa Əhməd Paşanın oğluydu. Süleyman Əbu Leylanın ölümündən sonra, yeddi varisi arasında və Məmlüklərin arasında mücadilə başladı. Ömər Paşa İraqın dini böyükləri köməyiylə hakimiyyətə gəldi. Onun əsas rəqibi Əli Paşa, İranla əlaqəsi olmaqda ittiham olundu[8].
Ömər Paşa hakimiyyətə gəldikdən sonra gücünü maksimum dərəcədə artırmağa çalışdı, korrupsiyaya, üsyankar bədəvi tayfaları və qəbilələrə qarşı mübarizə etdi, muxtariyyət siyasətini davam etdirdi və bu narazılığa səbəb oldu[9].
1772-ci ildə Bağdadda vəba epidemiyası başladı[10], bu, vətəndaş inzibatının pozulması və talan etmənin üz verməsinə səbəb oldu[8].
Məmlük hakimiyyətinə qarşı başqa bir ciddi təhlükə, Kərim xan 1776-cı ildə İraqa girərək Bəsrənin Zəndlər tərəfindən işğal eedilməsiydi. Kərim xan, Qardaşı Sadiq Xanı Bəsrə hakimi təyin etdi[11].
Bütün bunlar xalqın və Məmlükün narazılığına səbəb oldu, Porta bundan istifadə etdi. 1776-cı ildə Osmanlı Sultanı, Diyarbəkir valisi Abdullah Paşa, Mosul valisia Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşanın Bağdadı mühasirəyə almasını əmr etdi. Mustafa Paşa yeni qubernator təyin edildi. Ömər Paşa qaçmağı bacardı, ancaq atı yerə yıxıldı və Paşanın boynu sındı. Əsgərlərdən biri başını kəsib yeni valiyə göndərdi, o da onu İstanbula göndərdi[12]..
İstinadlar
redaktə- ↑ Litvak, Meir (2002), Shi'i Scholars of Nineteenth-Century Iraq: The 'Ulama' of Najaf and Karbala, pp. 16-17. Cambridge University Press, ISBN 0-521-89296-1
- ↑ Адамов А. Ирак Арабский. Бассорский вилайет в его прошлом и настоящем. С.-Пб., 1910. С. 326. N
- ↑ Hathaway, Jane; Barbir, Karl (2008). The Arab Lands under Ottoman Rule: 1516-1800. Pearson Education. p. 96. ISBN 9780582418998
- ↑ История Востока. — В 6 тт. — Т. III. Восток на рубеже средневековья и нового времени. XVI—XVIII вв. М. издательская фирма «Восточная литература» РАН.1999. ISBN 5-02-018102-1
- ↑ Кэролайн Финкель. История Османской империи. Видение Османа. М. АСТ, 2010. ISBN 978-5-17-043651-4
- ↑ "Глава 3. Османская империя. Турция. Великобритания. XVI-XX века - Шумов С.А, Андреев А.Р. Ирак: история, народ, культура". www.countries.ru. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
- ↑ عباس العزاوي (تاريخ العراق بين احتلالين) - ج6 ص32،. 32
- ↑ 1 2 كتاب لمحات إجتماعية من تاريخ العراق الحديث ج1 - الدكتور علي الوردي - ص،
- ↑ علي الوردي - ص
- ↑ ^ كتاب لمحات إجتماعية من تاريخ العراق الحديث ج1 - الدكتور علي الوردي - ص
- ↑ Kissling, H.J.The Last Great Muslim Empires Brill 1969 pages.82—85 ISBN 90-04-02104-3
- ↑ العزاوي. ج6 ص5
Xarici keçidlər
redaktəÖmər Paşa (Məmlük) Doğum: bilinmir Vəfat: 1776
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Süleyman Əbu Leyla Paşa |
Osmanlı İmperiyasında Paşalıq 1762-1776 |
Xələfləri Mustafa Paşa |