On Asiya Mabuyasi - Wikipedia
Ön Asiya mabuyası (lat. Trachylepis septemtaeniatus) — Afrika mabuyaları cinsinə aid növ.
Ön Asiya mabuyası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ön Asiya mabuyası |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Təsviri
redaktəQulaq dəliyi burun dəliyindən iridir. Qulaq dəliyinin ön kənarında hər birində 2–3 ədəd pulcuq yerləşir. Belin və boyunun ön tərəfindəki pulcuqlarda zəif inkişaf etmiş qabırğacıqlar olur. Belin və boyunun ön hissəsindən başlayaraq alt tərəfin köndələn pulcuqlar sırası ilə örtülmüşdür. Arxa ətrafın dördüncü barmağının alt hissəsində 16–22 barmaqaltı lövhəcik yerləşir. Bədənin üstü boz, qonur-boz, qonur və ya tutqun-qonur rəngdə olub, qızılı çalara malikdir. Boyundan başlayaraq bel tərəf boyunca 4, qonur və yaxud qara-qonur zolaq keçir, bəzən isə bədənin ikinci yarısında bu zolaqlar olmur. Bədənin alt tərəfi bozumtul və ya sarımtıl rəngdə olub, xalsızdır. Cavan fərdlərdə quyruğun üst tərəfi mavi rəngdə olur. Arxa ətrafın pəncəsinin dördüncü barmağının alt hissəsində 16–22 barmaq altı lövhəciklər yerləşir. Bədənin uzunluğu 105 mm, quyruğun uzunluğu 55.8 – 94.5 mm. L/L. Cd= 0.53–0.90. Bədəni orta hissədən əhatə edən bir cərgədəki pulcuqların miqdarı Sq=34–38, kütləsi 22 q-dır.
Yayılması
redaktəÖn Asiya mabuyası Efiopiyada, Şərqi Sudanda, Aralıq dənizinin şimali-şərq hissəsindəki bir sıra adalarda, Kiçik Asiyada, Ön Asiyada, Pakistanda və onun şərq hissəsində, Zaqafqaziyada, Naxçıvan MR-da, Ermənistanın cənub rayonlarında, Türkmənisanın cənubunda, Şərqi Özbəkistanda Səmərqənd, Cizak və Cinaz ətrafında yayılmışdır. Azərbaycanda Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında, Naxçıvan MR-nın Ordubad, Culfa, Babək və digər rayonlarının ərazisində yayılmışdır. Ön Asiya mabuyası növünün Azərbaycanda Cənubi Qafqaz mabuyası yarımnövü olan Trachylepis septemtaeniatus transcaucasica Chernov, 1926 yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
redaktəÖn Asiya mabuyası dağlıq və düzənlik yerdə yaşayır. Bu növ dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlüyə qədər yayılır. Ön Asiya mabuyasının əsas sığınacaq yerləri daş hasarların və xarabalıqların daş hörgüləri arasındakı boşluqlardır. Daşlı yamaclardakı daşların və daş topalarının arasındakı boşluqlarda yaşayırlar. Ayrı cinsli olub, erkək və dişi fərdlərindən ibarətdir. Yumurta ilə diri bala doğur. Azərbaycanda iyunun sonu və iyulun əvvəllərində dişi fərdlər 3–8 yumurtada bala doğur. Bu balaların ilk vaxtda uzunluğu 30 – 32 mm olur. Ön Asiya mabuyası yaz fəslinin mart ayının üçüncü on günlüyündə qış yuxusundan oyanır. Oktyabr ayının sonuna qədər fəallığa davam edir. Yay fəsli çox isti keçdikdə (40 – 45 0C) onlar yay yuxusuna gedirlər. İI ərzində 3–4 dəfə qabıq dəyişir. Qabığını yenicə dəyişmiş fərdlər daha parlaq görünürlər. Bala və cavan fərdlər yaşlı fərdlərə nisbətən gec qış yuxusuna gedirlər. Ön Asiya mabuyası cinsi yetkinliyə inkişafının ikinci ilinin sonunda çatır.
Sayı
redaktəArealın daxilində ümumi sayı məlum deyil. Mədəni landşaftlarda yayıldığı sahədə hər 100 m²-ə orta hesabla 4–6, təbii landşaftlarda isə 4–5 fərd düşdüyü müəyyən etmişik. Qışın sərt və müddətinin uzanması onların əlverişli sığınacaq seçə bilməyən fərdlərinin ölümünə səbəb olur. Mülayim keçən qış şəraitindən sonra onlara daha çox rast gəlinir.
Sayına təsir edən əsas amillər
redaktəÖn Asiya mabuyasının sayına təsir edən əsas amillərdən biri qışın sərt keçməsi və bir qədər müddətinin uzanmasıdır. Bu növün yayılmış olduğu sahələrdə gündüz yırtıcı quşlar, zeytuni təlxə, rəngbərəng təlxə, kirpi və digər heyvanların onlarla qidalanmasıdır.
Antropogen faktorlar kimi bu növün əlverişli sığınacaq kimi istifadə etdiyi daş hasarların uçurulması, xarabalıqların daş hörgülərinin dağıdılması, bir sözlə bunların məskunlaşdığı ərazidə insanın təsərrüfat fəaliyyətidir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəBu növün Naxçıvan MR-nın Ordubad rayonu ərazisində qorunmasını təklif etmişik. Ordubad rayon ərazisindəki Milli parkda Ön Asiya mabuyası da digər nadir sürünən növləri kimi qorunur. Ön Asiya mabuyasının adı Qırmızı kitabının I ci nəşrinə (1989) daxil edilmişdir.
Qorunması üçün məsləhət görünən tədbirlər
redaktəÖn Asiya mabuyası üçün əlverişli sığınacaq olan daş hasarların, xarabalıqların saxlanılması lazımdır. Bu növün yayılmış olduğu sahələrdə insanın modifikasiyalaşdırıcı və transformasiyaedici təsirinin qarşısını almaq, onları daha əlverişli biotoplar olan sahəyə köçürmək lazımdır.
Mənbə
redaktə- 1.Алекперов А.М Земноводные и пресмыкающиеся Азербайджана. Изд., Элм, Б., 1978, стр. 77–78;
- 2. Ахмедов С.Б. Распространение и экология золотой мабуи (Mabuya aurata L. 1758, Reptilia, Sauria, Scincidae) в Закавказья. Изв. АН Азерб. ССР. сер. биол. Наук, № 5, 1981, Изд. Элм, cтр. 78–81;
- 3. Ахмедов С.Б. Сцинковые ящерицы Закавказья, автореферат канд. биол. наук. Ашхабад, 1992, стр. 25;
- 4. Ахмедов С.Б., Щербак Н.Н. Географическая изменчивость и внутривидовая систематика золотистой мабуй (Sauria, Scincidae). Вестник зоологии, № 5, 1987, стр. 20–24.
İstinadlar
redaktə- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.