Onder Aksakal - Wikipedia
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Öndər Aksakal | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (2.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÖndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub.[1]
12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb.
Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb.[1]
2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir.[1]
2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 TBMM. "Mehmet Önder AKSAKAL". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.