Ozluluk - Wikipedia
Özlülük (viskozitet) axan maddələrin daxilində bir hissəciyin digərinə nisbətən hərəkətinə qarşı göstərdiyi müqavimət ilə səciyyələnən xassədir. O, həm də daxili sürtünmə üçün bir göstəricidir. Özlü axm mll 'km ının əsas qanunauyğunluğu Nyuton tərəfindən qoyulmuşdur:
burada: F maye və qazın laylarının bir-birinə nəzərən sürüşməsini şərtləndirən toxunan qüvvə, S-sürüşmə baş verən qatın sahəsi, Δv/Δy –axının sürət qradiyentidir.η-mütənasiblik əmsalı dinamiklik əmsalı adlanır. O mayenin sürüşməyə müqavimətini kəmiyyətcə ifadə edir. Onun əksi olan φ=1/ηaxıcılıq adlanır.
Maye şəklində olan metallarda da özlülük adi mayelərdə olan xassələrə malik olur. Xüsusi özlülük xassəsinə malik olan material kimi heliumu göstərmək olar. 2,172 K –də helium yüksək axıcılıq göstərərək onun özülülüyü sıfra bərabər olur.
Özlülük materialların vacib fiziki-kimyəvi xassələrindəndir. Qaz və mayelərin boru ilə axması zamanı bu xassə xüsusi rol oynayır. Domna və martens sobalarında ərimiş şlakların özülülüyünü nəzərə almaq lazımdır. Maşınqayırmada tətbiq olunan yağların özlülüyü yağlama prosesinin gedişini təyin edir. Özlülük materialın strukturu ilə sıx əlaqəli olub onun texnoloji proses ərəfəsində alınan fiziki-kimyəvi xassəsini göstərir. Bir çox kimyəvi birləşmələrdə özlülük molekulyar kütlənin artması ilə qanunauyğun olaraq artır. Yağlarda özlülüyün yüksək olması onların tərkibində molekulyar tsikllər olması ilə izah olunur. Təmasda olduqda bir-biri ilə reaksiya verməyən mayeləri qarışdırdıqda o, orta özlülüyə malik olur. Əgər qarışdırmada yeni kimyəvi tərkibli maye alınarsa onda alınan maye 10 dəflərlə yüksək özülülüyə malik ola bilər. Özlülyün vahidi, aralarındakı məsafə vahidə bərabər olan iki maye layına təsir edən toxunan qüvvələrin fərqi vahidə bərabər olan hal üçün Ns/m2 ilə ifadə olunur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |