Ucuncu Srek - Wikipedia
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır.
Üçüncü Şrek | |
---|---|
ing. Shrek the Third | |
Janr | anime elementləri ilə animasiya |
Növü |
Fantezi Macəra Komediya Drama Məhəbbət |
Rejissor |
Kris Miller Raman-Hui |
Prodüser | Aron Uorner |
Rolları səsləndirənlər |
Mayk Mayers Eddi Mörfi Kameron Diaz Antonio Banderas |
Bəstəkar | Harri Qreqson-Vilyams |
Dil | İngilis dili |
Ölkə | ABŞ |
Studiya | DreamWorks Animation SKG |
Distribüsiya | DreamWorks Animation SKG |
Davametmə müddəti | 93 dəqiqə |
İl | 2007 |
Büdcə | $160 milyon |
Gəlir | $798 958 162 |
Əvvəlki | Şrek 2 |
ID 0413267 | |
Rəsmi sayt |
Məzmun
redaktəKral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur.
Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Şahzadə Çarminq xüsusi bir tamaşa hazırlayır. Bu tamaşada Şrek mütləq ölməlidir, lakin xoşbəxtlikdən Şrekin dostları vaxtında ona yetişirlər. Dostlar Şreki Çarminqin əlindən azad edirlər. Tac qoyma mərasimi keçirilir və Artur başına tac qoyaraq kral olur. Şrek yenidən öz sevimli bataqlığına qayıdır. Burada Şahzadə Fionanın troller div oğlu olur.
Xarici keçidlər
redaktə- Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine