İngiltərə bu müharibəyə ingilis kralı II Karl və fransız kralı XIV Lüdovik arasında bağlanan gizli saziş əsasında daxil oldu. İngilislər qəflətən holland donanmasına hucum etdilər. 1673-cü ilin avqustunda Röyterin komandanlığı altında holland donanması birləşmiş ingilis-fransız donanmasını Teksel yanında darmadağın etdi. Dənizdəki məğlubiyət və Hollandiyadan daha təhlükəli rəqibə çevrilən Fransanın güclənməsindən qorxuya düşən ingilislər müharibədən çıxdılar. 19 fevral 1674-cü il Vestminster sülh sazişi 1667-ci il Bred traktatını qüvvədə saxladı.