Uc Medeniyyet Ehmed Bey Agaoglu - Wikipedia
Uc Medeniyyet Ehmed Bey Agaoglu - Wikipedia - Haqqında Məlumat
Üç mədəniyyət (osman. اوچ مدنیت, türk. Üç Medeniyet) — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1927-ci ildə nəşr olunmuş əsəri.
Üç mədəniyyət | |
---|---|
osman. اوچ مدنیت | |
Müəllif | Əhməd bəy Ağaoğlu |
Janr | esse |
Orijinalın dili | türk dili |
Orijinalın nəşr ili | 1927 |
Nəşriyyat | Türk Ocaqları |
Məzmun
redaktəAzərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlunun «Üç mədəniyyət» əsərində dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzülünün səbəbləri araşdırılır.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəşr və tərcümə
redaktəƏsər İstanbulda 1927-ci və 1972-ci illərdə nəşr edilib. Ruhəngiz Soltanova tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, filologiya elmləri doktoru, professor Vaqif Sultanlının elmi redaktorluğu, ön söz və şərhlərin müəllifliyi ilə Bakıda 2017-ci ildə Bakı Kitab Klubunda 182 səhifədə, 50 tirajla çap edilib.[1]
İstinadlar
redaktə- ↑ Ağaoğlu, Əhməd bəy. "Üç mədəniyyət". Bakı Kitab Klubu. 2017. 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Əhməd bəy Ağaoğlu. "Üç mədəniyyət". Bakı Kitab Klubu. 2017. 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.