Uc Milyon Bambuk Nize Nezeriyyesi - Wikipedia
Üç milyon bambuk nizə nəzəriyyəsi (竹槍三百万本論, Takeyari sanbyakuman bonron?) – Yaponiya imperator ordusunun generalı Sadao Araki tərəfindən irəli sürülmüş iddia. Bu nəzəriyyəyə görə Yaponiya özünü 3 milyon bambuk nizə ilə müdafiə edə bilər.
Haqqında
redaktəSadao Araki "Bambuk nizə generalı" kimi tanınmış, tez-tez bambuk nizələr haqqında fikirlər bildirmişdir. Bu mövzu haqqında ən məşhur fikrini 1933-cü ilin oktyabrında ordu naziri olduğu dövrdə bir qrup xarici jurnalistə verdiyi bir müsahibədə səsləndirmişdir: "Əgər bizim üç milyon bambukumuz olsaydı, böyük güclərdən qorxmaq üçün heç bir səbəbimiz qalmazdı".
Arakinin bambuk nizə fikirləri
redaktəAraki 7 mart 1933-cü ildə Britaniyanın Yaponiyadakı səfirliyində Corc Bernard Şou ilə müasir silahlar haqqında müzakirə apararkən bambuk nizələrin adını çəkmişdir:[1]
Bakterial hücum taktikaları insani baxımdan faciəvi və utancvericidir. Zəhərli qazlardan istifadəni dayandırmalı və onlardan ancaq insanları bir neçə illik yuxuya salmaq üçün istifadə etməliyik. Beləliklə, onlar oyananda artıq müharibənin bitdiyini görəcəklər. İnsanları öldürmədən müharibələr aparmaq üçün biz elmi silahlar inkişaf etdirməli, ancaq və ancaq maşınlarla döyüşməli və insanları öldürməməliyik. Lakin bu, ölkələrin yeni silahlar uğrunda rəqabət aparmasına, insanların əziyyət çəkməsinə səbəb olacaq. Ona görə də keçmiş günlərə qayıtmağın və bambuk nizələrdən istifadə etməyin ən yaxşı yol olduğunu düşünürəm. |
Araki 22 oktyabr 1933-cü ildə Fukui prefekturasında keçirilmiş bir hərbi təlimdən sonra bambuk nizələr haqqında fikir bildirmişdir:[2]
Büdcə məsələsinə gəldikdə, ölkə xalqı birlikdə işləsə, problem yaşamayacayıq. Lakin bir gün pulumuz tükənsə, bacarmasaq, artıq heç bir şey deməyin mənası yoxdur. Ən sonda 3 milyon bambukla döyüşəcəyik və imperator torpağının ləkələnməsinə icazə verməyəcəyik. |
13 may 1935-ci ildə Araki jurnalist Tanzan İşibaşi ilə öz evində baş tutmuş görüş zamanı bu fikirləri bildirmişdir:[3]
Görüşdə dedim. Əgər milli siyasətimiz belə müəyyən olunsaydı, hətta 3 milyon bambuk ilə milli müdafiəmizdən məsul olacayıq. Məntiqsiz danışmıram. Əgər maddi vəziyyətimiz bu qədər pisdirsə və yenilənmə vacibdirsə, hər şeyi geri verməyə hazırıq. Bunun əvəzində Yaponiya xalqının milli müdafiə məsuliyyətini unutmayacaq qədər ideoloji gücü olmalıdır ... Məsələn, Osakanı nümunə kimi götürsək, Osaka xalqı Osaka məhv olsa belə mübarizə aparmağa davam etsəydi, 3 milyon bambuk nizə ilə Yaponiyanı müdafiə edə bilərdi. |
İkinci Dünya müharibəsində bambuk nizələr
redaktəİkinci Dünya müharibəsi illərində bambuk nizələr Yaponiya ordusu tərəfindən "standart silah" kimi istifadə olunmuş, ABŞ əsgərlərini bambuk nizə ilə öldürməyi göstərən nəşrlər buraxılmışdır.[4]
İstinadlar
redaktə- ↑ "珍問答、シヨウ翁と陸相 妙に気が合つて弁舌比べ二時間 爺さん別れ際に『支那兵が攻めて来るまで話してゐたいんだが』". 朝日新聞 (16835). 1933-03-08. səh. 11.
- ↑ "国防は単に兵備のみでない 荒木陸相語る". 朝日新聞 (17062). 1933-10-23. səh. 2.
- ↑ 荒木大将、石橋湛山. "荒木大将国策縦談". 東洋経済新報. 東洋経済新報社 (1655). 1935-06-01: 29–37.
- ↑ "Wartime paper's tips on how to kill enemy with bamboo spears". Asahi Shimbun (ingiliscə). 14 avqust 2020. 9 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2024.