Ubeydullah Binu Yehya Bin Xaqan Et Turki - Wikipedia
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; Abbasilər xilafəti – 5 avqust 877, Səmərra[d], Səlahəddin mühafəzəsi) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində, uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 877 |
Vəfat yeri |
|
Uşaqları | |
Atası | Yəhya ibn Xaqan[d] |
Mənşəyi
redaktəDar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun "ət-Türki" ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə[1] adlanırdı.
7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsilə öyrənirdilər. Buna görə ərəb qaynaqlarında adətən mikroetnonimlər deyil, o vaxt Xəzər dövlətinin əsasını təşkil edən sadəcə hun-xəzər tayfa ittifaqına daxil olanların mənsubiyətini bildirən türk makroetnonimi işlənirdi.
Fəaliyyəti
redaktəQaynaqlara görə, Übeydullahın babası Xaqan xəlifə Mötəsimin etibarlı adamlarından biri idi. Ola bilsin ki, Xaqan, Mötəsimin xəzər əsilli anası Maridə(Maridə ərəblərin Xəzər ölkəsinə növbəti hücumu zamanı aparılan əsir idi. Mənbələrə görə Harun ər-Rəşid onunla evləndi və o xəlif üçün, gələcək xəlifələr əl-Məmun və Möstəsimi doğdu) ilə qohum idi. Übeydullahın atası Yəhya binu Xaqan isə üzun illər Mütəvəkkilin baş vəziri Həsən b. Sehanın katibi olub[2] .. (Sonuncusu xəlifə Mütəvəkkilin sarayında maliyə işlərinə baxırdı)
Übeydullah 876-cı ildə öldü. Onun qəbri üstündəı xəlifə Mütəvəkkilin oğlu Əbu Əhməd Müvəffəq namaz qıldı. Səmərradakı Xəzər qəbiristanlığında dəfn edilub. Übeydullahın oğlu Əbu Əli Mühəmməd b. Übeydullah və nəvəsi Əbü’ l- Qasım Abdullah b. Mühəmməd xəlifə Müqtədirin dönəmində onun vəzirləri idi. Übeydullahın başqa oğlu Əbu Müzahim Musa b. Übeydullah məşhur şair, təcvid və ərəb dili mütəxəssisi idi.
Həmçin bax
redaktəİstinadlar
redaktə- ↑ (Bax.: Гукасян В.Л. Тюркизмы в албанских источниках. // Советская тюркология, 1977,№ 2. С.40). Türküstan toponiminin analoji işlənməsi "7-ci əsr erməni coğrafiyasında da var.". (Гукасян В.Л. Закавказские источники и изучение истории азербайджанского языка // Советская тюркология. 1978. № 2). Türküstan termininin sinonimi kimi , bu qaynaqlarda Hunnistan termini də işlənir. Hunniya)
- ↑ Bax : Pamukçu. Qeyd edilən əsəri.с.167)