Ulfet Qezet 1905 - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Ülfət — 1905-ci ildə da nəşr olunmuş qəzet.
Ülfət | |
---|---|
Sahibi | Əbdürrəşid İbrahimov |
Yaranma tarixi | 11 (24) dekabr 1905 |
Dil | Tatar dili |
Nəşrini dayandırıb | 9 (22) iyun 1907 |
Ölkə |
Tarixi
redaktəNaşiri və redaktoru tatar jurnalisti və ictimai xadimi Əbdürrəşid İbrahimov idi. İstanbulda təhsil almış, bir sıra Şərq ölkələrinə səyahət etmiş Ə.İbrahimov səfərləri barədə "Ülfət"də və müxbiri olduğu digər qəzetlərdə çoxlu yazılar çap etdirmişdi. Öz yazılarında o, bütün müsəlmanları, o cümlədən türk soyundan olan millətləri inqilabi hərəkatdan istifadə edərək "ittihadi-islam" bayrağı altında birləşməyə çağırırdı. Bir tərəfdən dini birliyi, digər tərəfdən isə türk birliyini təbliğ edən "Ülfət" qəzeti və onun redaktoru "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov", "Qəzetlərdən", "Bəzi işlər", "Helmi paşa", "Biz" və b. felyetonlarında, digər mətbu yazılarında dəfələrlə kəskin tənqid olunmuşdur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.289.