Umit Unal - Wikipedia
Umit Unal - Wikipedia - Haqqında Məlumat
Ümit Ünal (14 aprel 1965[1], Tirə, İzmir ili) — türk rejissor və ssenarist.
Ümit Ünal | |
---|---|
türk. Ümit Ünal | |
Doğum tarixi | 14 aprel 1965[1] (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist |
IMDb | ID0880928 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib.
Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı.
Dörd kitabı işıq üzü görüb.
Filmləri
redaktə- ”9” (2001)
- 2002-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa -Serra Yılmaz)
- 2002-ci il Ankara Film Festivalı (Onat Kutlar Ən yaxşı ssenari, Umut Veren Yeni rejissor)
- ”Anlat İstanbul” (2004)
- 2005-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa-Yelda Reynaud)
- 2005-ci il Adana Altın Koza Film Festivalı – Ən yaxşı film, Ən yaxşı Ekran tərtibatı, Ən yaxşı görüntü rejissor
- 2005-ci il Med Film Festival-Roma - Artistic Expression (Original Idea) Mükafatı
- 2006- cı il Banqkok Beynəlxalq Film Festivalı – Münsiflər heyətinin xüsusi mükafatı
- ”Ara” (2008)
- 27-ci Beynəlxalq İstanbul Film Festivalı, Münsiflər heyətinin xüsusi mükafatı
- “ Kölgəsizlər” (2008)
- 28-ci Beynəlxalq İstanbul Film Festivalı,
- ”Kapitan Feza” (2009)
- ”Səs”(2010)
- “Nar” (2011)
- 2011-ci il Antalya Qızl Portağal Film Festivalı Qadın münsiflər heyətinin xüsusi mükafatı
Ssenariləri
redaktə- (1986) “Teyzem” (Halit Refiğ)
- (1987) “Milyarder” (Kartal Tibet)
- (1987) “Xəyallarım, Eşqim və Sən” (Atıf Yılmaz)
- (1988) “ Dostum Şeytan” (Atıf Yılmaz)
- (1992) “Berlin in Berlin” (Sinan Çetin)
- (1993) “Amerikalı” (Şerif Gören)
- (1993) “Yaz Yağmuru” (Tomris Giritlioğlu)
Nəşr olunan kitabları
redaktə- (1993) “Amerika Gözəli” (Hikayələr toplusu)
- (1996) “ Eşqin əlifbası” (Roman)
- (2001) “Quyruq”(Roman)
- (2012) “ İşıq kölgə oyunları”
İstinadlar
redaktəXarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |