Urfet Agayev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ürfət Xanəli oğlu Ağayev (8 dekabr 1927, Bakı – 2000) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Ürfət Xanəli oğlu Ağayev | |
---|---|
Doğum tarixi | 8 dekabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Təhsili |
Həyatı
redaktəÜrfət Xanəli oğlu Ağayev 1927-ci il dekabrın 8-də Bakıda anadan olmuşdur. 1935–1947-ci illərdə orta məktəbdə təhsil almışdır. 1941–1947-ci illərdə "Xəzər" donanmasında maşinist vəzifəsində çalışmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və orada 1951-ci ilə qədər oxumuş, sonra isə təhsilini 1951–54-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. 1954-cü ildə ADU-da laborant işləmişdir.
Elmi fəaliyyəti
redaktə1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Neft İnstitutu, Neft-Kimya Priosesləri İnstitutu, Xlor-üzvi-sintez İnstitutu və Polimer Materialları İnstitutunda laborant, kiçik və böyük elmi işçi, labotratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Azərbaycan EA PMİ-də "Polimerlərin elektro-fotokimyəvi sintezi" laboratoriyasının müdiri olmuşdur.
1959-cu ildə "Tsikloheksan karbohidrogenlərinin fotokimyəvi xlorlaşması"mövzusunda namizədlik, 1975-ci ildə isə "Tsikloheksan karbohidrogenlərinin elektro-fotokimyəvi hallogen–ləşməsinin stereokimyəvi və onların halogen törəmələrinin konformasiya tarazlığının tədqiqi"mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Ü. X. Ağayev kombinasiyalı elektro-fotokimyəvi halogenləşmə üsulunu işləyib hazırlamış və bu üsulla ilk dəfə olaraq tsikloheksan və asiltsikloheksan törəmələrinin halogenləşmə prosesinin stereokimyasının və alınan halogen törəmələrinin stereokimya və konformasiyasını Nüvə Maqnit Rezonansı, İnfraqırmızı spektroskopiyası və digər fiziki usullarla tədqiq etmiş və mühüm nəzəri nəticələr almışdır. O, aşkar etmişdir ki, monohalogen alkiltsikloheksanlarda alkil qrupu və halogen atomları trans-konfiqurasiyalarda əsasən 1,2 — və 1,4-diaksial və ya diekvatorial, 1,3-də isə aksial-ekvatorial, sis-konfiqurasiyalarında isə tərsinə 1,2 — və 1,4-ekvatorial-aksial, 1,3-də ekvatorial- ekvatorial fəza vəziyyətlərindədir. Onların İQ-spektrlərində ekvatorial C-Hal rabitəsi zolaqlarının molyar ekstinksiyası aksialınkından 1,7 dəfə çoxdur. Bu isə spektroskopiya və stereokimyada qiymətli nəticədir. Asiltsikloheksenlərin elektrokimyəvi halogenləşməsi trans-diaksial birləşmə mexanizmi ilə gedir. Alınan 1-asil-trans-1,2-halogenlərdə əsasən asil qrupları ekvatorial, dixloridlərdə xlor atomları diaksial vəziyyətində yerləşir. O, ilk dəfə olaraq tərkibində metal saxlayan ionlaşan monomerlərin elektrokimyəvi (birgə)polimerləşməsi və alınan (birgə)polimerlərin fəza quruluşu, işığa həssaslığı və elektrik xassələrinin tədqiqi sahəsində fundamental elmi-tədqiqatlar aparmışdır. Onun apardığı elmi-tədqiqat işlərinin nəticəsi 200-ə qədər elmi əsərdə, o cümlədən 35 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Rəhbərliyi ilə 4 elmlər namizədi hazırlanmışdır.
Ü. X. Ağayev Moskvada, Kazan, Riqa, Sumqayıt və digər şəhərlərdə elektro-, foto-, stereo-, və neft kimyalarına dair keçirilən bir sıra Beynəlxalq və Ümumittifaq simpozium və konfranslarda, o cümlədən I və II Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan "Polimer-91" və "Polimer-92" (Bakı, Ankara) Beynəlxalq simpoziumlarında çıxış etmişdir. O, elmi fəaliyyətinə görə Amerikanın Nyu-York EA-nın üzvü seçilmişdir.
Ü. X. Ağayev uzunmüddətli səmərəli elmi fəaliyyətinə görə, keçmiş SSRİ Ali Sovetinin "Əməkdə fərqlənməyə görə", "Əmək igidliyinə görə", Azərbaycan SSR Ali Sovetinin "Uzunmüddətli vicdanlı əməyinə görə" və müharibə və əmək veteranı medalları ilə təltif olunmuşdur.
Ü. X. Ağayev 2000-ci ildə dünyasını dəyişib.