Ust Paleolit Medeniyyeti - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Üst Paleolit dövrü — paleolit dövrünün son çağı. Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı.
Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir.
İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur. Bunlarla silahlanmış insan qrupları xırda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qalan heyvanları ovlayırdılar.Ovçuluqla əsasən kişilər məşğul olurdular.Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazırladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi
Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət hazırlaya bilmədiyi kimi, oddan da qorxmaqda idi. İnsanlar ilk vaxtlar şimşək çaxması,vulkan püskürməsi, üzvi maddələrin öz-özünə yanması zamanı yanan odu götürərək istifadə edirdilər. Odu heç bir zaman sönməyə qoymurdular. Oddan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu. Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular.
Həmçinin göstərilir ki,Paleolit dövründə Kinetik dildən istifadə edilmişdir və kinetik dil Üst Paleolit dövrünə aiddir.